Prezident İlham Əliyevlə Paşinyanın görüşünə rəsmi münasibət

Prezident İlham Əliyevlə Paşinyanın görüşünə rəsmi münasibət















“Azərbaycan prezidenti və Ermənistan baş nazirinin görüşü bundan əvvəlki qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilə bilər”.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Qafqazinfo”nun sorğusuna cavabında bildirib.

– Mətbuatda Davosda Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü barədə məlumat verilib. Bu barədə əlavə nə deyərdiniz?

– Bu görüş Davos İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə keçirilib. Görüş Düşənbə və Sankt-Peterburqda MDB zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilə bilər.

Bildiyiniz kimi, danışıqlar prosesi Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində aparılır. Belə ki, bu ilin 16 yanvar tarixində Parisdə, 2018-ci ilin 3 dekabr tarixində isə Milanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib. Qarşıdan gələn dövrdə də xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub.

Tam formatda dövlət başçıları səviyyəsində görüş bir qayda olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər