Rusiyada 60 türk iş adamı saxlanıldı

Rusiyada 60 türk iş adamı saxlanıldı




















“Təyyarəni vurdunuz, alın indi”

Rusiyanın Krasnodar şəhərinə “Yuqarqo” kənd təsərrüfatı sərgisində iştirak etmək üçün gələn 22 türk şirkətindən 60 iş adamı miqrasiya xidməti tərəfindən nəzarət altına alınıblar. Səbəb isə onların Rusiyaya turist vizası ilə gəlmələridir.

Bakuxeber.info “RotaHaber”ə istinadən xəbər verir ki, bir gün nəzarət altında saxlanılan iş adamları səhərisi gün məhkəmə qarşısına çıxarılıblar.

Məhkəmə qarşısına çıxan iş adamlarına 4 min rubl (80 dollar) cəza verilib.

İş adamlarının birbaşa Soçiyə yollanacaqları, bir müddət orada qaldıqdan sonra ölkədən xaric ediləcəkləri bildirilib.

CNN TÜRK-ün əlaqə qura bildiyi Cenk Baykara viza rejimi qarşılıqlı şəkildə aradan qaldırıldıqdan sonra Rusiyaya bütün sərgilərə turist qismində getdiklərini söyləyib.

“İndiyə qədər heç belə bir yanaşma olmamışdı. Başımıza nə gələcəyini bilmirik, burada girov qaldıq”, - deyə, Cenk Baykara bildirib.

Saxlanıldıqları zaman polis onlara “təyyarəni vurdunuz, alın indi” deyib.

Sərginin təşkilatçıları hadisəni təsdiqləyib, onların məhkəmə qarşısına çıxdıqlarını və baş verən hadisələri izlədiklərini bildiriblər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər