Avtomobili sığorta olunan şəxsə 3 dəfə cərimə yazıldı

Avtomobili sığorta olunan şəxsə 3 dəfə cərimə yazıldı














Avtomobili icbari sığorta olunan şəxsə 3 dəfə cərimə yazılıb. Hadisə paytaxt sakini Canbaxış Nəcəfovun başına gəlib.
Xezerxeber.az bildirir ki, o, ötən ilin oktyabr ayının 25-də dövlət qeydiyyat ''90-VS-037'' olan avtomobilini növbəti 1 il üçün icbari sığorta etdirib. Buna baxmayaraq, onun avtomobilinə noyabr ayının 4-də, dekabr ayının 7-də və bu ilin yanvar ayının 2-də sığorta olunmadığına görə cərimə protokolları tərtib edilib.

Bundan sonra avtomobil sahibi məsələnin araşdırılması üçün aidiyyatı qurumlara ərizə ilə müraciət edib.
Məsələ ilə bağlı, avtomobilin sığorta olunduğu şirkətlə əlaqə saxladıq. Şirkətin nümayəndəsi bildirdi ki, avtomobilin sığortasının qüvvəyə minməməsinin səbəbi sistemdə yaranan texniki problem olub. Buna görə də, avtomobilə cərimə protokolu tərtib edilib. Bu gündən həmin müqavilə qüvvəyə minib. Həmçinin o da bildirildi ki, sığorta şirkət tərəfindən sürücüyə yazılan həmin cərimələr də bu gün ödəniləcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər