Qadın alverçisi “Antalya Mehman” – Bakıda fahişəxanalara basqınlar, şantaj videoları… (VİDEO)

Qadın alverçisi “Antalya Mehman” – Bakıda fahişəxanalara basqınlar, şantaj videoları… (VİDEO)
















Həftənin ilk günü yerli mətbuatda 10-a yaxın masaj salonu adı altında fəaliyyət göstərən pritonların sahiblərinin həbsi barədə xəbər yayıldı.

Minval.info xəbər verir ki, onların həbsində Murtuzova Güləndam adlı qadının rolu olub. Belə ki, adı çəkilən şəxs Nəsimi rayonu ərazisində masaj salonu adı altında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etməkdə günahlandırılıb və prokurorluqda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Onun həbsindən sonra məlum olub ki, Güləndamın administrator işlədiyi əxlaqsız yuvalarının fəaliyyətinə Həsənov Mehman Telman oğlu və Qəhrəmanov Baxşəli Abdulla oğlu rəhbərlik edib. Nəticə həmin şəxslər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Onların paytaxtın Nəsimi rayonu ərazisində “Jasmin”, ”Şarden”, ”Səma”, ”Play”, ”Dalğa” və Nərimanov rayonunda “Atilla”, ”Diana”, ”Venus” adlı obyektlərdə əxlaqsız yuvaları təşkil etmələri istintaq orqanları əməkdaşları tərəfindən aşkar edilib.

“Antalya” ləqəbli qadın alverçisi…

Minval.info həbslərlə bağlı araşdırma aparıb və hazırda cinayət işi üzrə məhkəmə prosesi davam edən Həsənov Mehmanın masaj salonunu pritona çevirmək sahəsində “veteran” mütəxəssis olduğu üzə çıxıb.

Öncə onun “Antalya Mehman” ləqəbi ilə tanındığını və ləqəbi necə qazandığındı barədə məlumat verək. Mehmanın illər əvvəl qumarxana sahibi olduğu deyilir və yaxşı qazanc əldə etdiyi dövrdə özü də bu oyunun aludəçisinə çevrilir. O, qumarxanadan xeyli pul qazana bilsə də, qumar oynamaqda əldə etdiklərini itirməyə başlayıb. Nəticədə iflasa uğrayır, sonradan isə Bakıda yerləşən“Antalya” restoranını icarəyə götürməklə yenidən arenaya qayıtmaq fikrinə düşür.



Onun bir müddət həmin obyekti işlədikdən sonra şəhərin mərkəzində bir neçə masaj salonı açmağa başladığı deyilir. İlk günlər massaj salon kimi fəaliyətdə olan bu obyektlərin sonradan məşhur fahişəxanalara çevrildiyi qeyd olunur.

“MTN”lə əlaqə, şantaj, təhdid…

Belə pritonlardan biri də az öncə qeyd etdiyimiz “Atilla” masaj salonudur. Adı çəkilən obyektin reklamı isə ölkədə əsasən cinsi istəkli auditoriyaya malik “Odnaklassniki.ru” sosial şəbəkəsidə gedib. “Atilla masaj salonu” adı ilə fəaliyyət göstərən profildə seks işçilərinin fotosu paylaşılaraq intim təkliflər edilib. Hətta paylaşımın rəy hissəsində qiymət danışıqları da aparılıb.

“Antalya Mehman”nın obyektlərinin belə “ürəkli” fəaliyyətlə məşğul olması heç də təsadüfi görünmür. İddialara görə, o, milli təhlükəsizliyi təhlükə altına atan ləğv olunmuş keşmiş nazirliklə sıx əlaqədə olub. MTN-nin hazırda həbsdəki şəbəkəsi sözügedən masaj salonlarına gedən müştəriləri şantaj edirmiş. Belə ki, obyektdəki video görüntülər qeydə alınaraq müştərilərin təhdid edildiyi, eyni zamanda imkanlı iş adamlarının da bu şəkildə soyulduğu söylənilir.

Qadın alverçisi “Antalya Mehman” – Bakıda fahişəxanalara basqınlar, şantaj videoları… (VİDEO)

Qadın alverçisi “Antalya Mehman” – Bakıda fahişəxanalara basqınlar, şantaj videoları… (VİDEO)











Turizmə dəyən zərbə, əməliyyatların davamı…

Bəzi informasiyalara görə, bu sahədə görülən tədbirlərin geniş vüsət alması turizmə dəyən zərbədən sonra başlanıb. Belə ki, ərəb turistlərin ölkəmizə axın etdiyi dövrdə iraqlı jurnalist həmyerlilərinin Azərbaycandakı gecə həyatı, fahişələrlə əyləncəsi barədə reportaj hazırlayıb. Bu reportajda turistlərin həyat qadınlarından müxtəlif xəstəliklərə yoluxduqları, hətta dərman qəbul etdikləri üçün öldükləri qeyd edilib. Məhz onun süjetindən sonra iraqlıların, həmçinin digər ərəb ölkələrindən buraya istirahətə gələnlərin sayının əhəmiyyətli dərəcədə azaldığı barədə iddialar var.



Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən pritonlarda aparılan əməliyyatların davamının olacağı istisna edilmir.

Yaxın günlərdə adı əxlaqsız yuva kimi məşhurlaşan “İnfiniti” gecə klubunun qapılarına kilid vurulması da əməliyyatın tərkib hissəsi hesab oluna bilər. Ərəblər son dövrlərdə bu məkanın əsas müştərilərinə çevrilmişdi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər