"Araz Əlizadə, Hadi Rəcəbli Azərbaycan xalqına can yandıran insanlardır" — Millət vəkili

"Araz Əlizadə, Hadi Rəcəbli Azərbaycan xalqına can yandıran insanlardır" — Millət vəkili














"Milli Məclisin İntizam Komissiyasına deputatlarla bağlı hər hansı şikayət daxil olmayıb".
Bu fikirləri açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri, deputat, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abıyev bildirib.

A.Abıyev deyib ki, deputatlar Araz Əlizadə və Hadi Rəcəbli ilə bağlı da Komissiyaya heç bir müraciət edilməyib:

"Nə Araz Əlizadə, nə də Hadi Rəcəbli ilə bağlı İntizam Komissiyasına şikayət edilməyib. Hər halda belə hal olsaydı mən bilərdim. Digər tərəfdən isə kimsə deputatların fəaliyyətini təftiş etməsin, Milli Məclisin işini araşdırmasın. Milli Məclisin deputatlarının hər biri minlərlə seçicisi olan adamlardır, onları xalq seçib. Əgər deputatların nöqsanları varsa, bu mütləq bilinəcək, yoxdursa, deməli belə hal mövcud deyil. Axı olmayan bir şeyi niyə adamların adına çıxarmağa çalışırlar? Bəzi adamlar deputatları gözdən salmağa çalışır. Ancaq bu alınmayacaq. Bizim xalq çox bacarıqlı və ağıllı insanlardır. xalqımızı aldatmaq mümkün deyil. Ona görə də heç kəs bu cür hərəkətlərə çalışmasın".
Komissiya sədri qeyd edib ki, Milli Məclisin deputatlarını gözdən salmaq istəyənlər bu xalqın düşmənləridir:

"Onlar xalqın düşmənidir. Belə adamlara xalqın dostu demək olmaz. Xalqın dostu deputatı müdafiə edər. Milli Məclis nə qədər qərar qəbul edir. Gedib o qərarları baxın, hamısı xalqımız üçündür. İndi deputatlara necə qara yaxmaq olar? Onu edənlər savadsızdırlar. Deputatları gözdən salmaq istəyənlər isə xalqın ən böyük düşmənləridir. Araz Əlizadə, Hadi Rəcəbli və digər deputatlar xalqın istəyilə deputat seçiliblər. Yüz minlərlə insan bu adamlara səs verərək deputat seçib. Bunlar Azərbaycan xalqına can yandıran insanlardır. Nə vaxtsa kimsə kiməsə salam verməyib deyə, onu gözdən salmaq olmaz. Heç kəsin ixtiyarı yoxdur ki, xalqla deputatlar arasında ayrı-seçkilik yaratsın. Bunu edənlər erməni dəyirmanına su tökürlər".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər