Şəxsin intim həyatı müzakirəyə çıxarılır — MTRŞ-dan TƏNQİD

Şəxsin intim həyatı müzakirəyə çıxarılır — MTRŞ-dan TƏNQİD

















Milli-mənəvi dəyərlərin efirdə pozulması müxtəlif formalarda baş verir. Həm də bu səpkidə olan pozuntular daha çox sosial problemlərin müzakirə olunduğu verilişlərdə baş verir.
Bu barədə Trend-ə Milli Televiziya və Radio Şurasından məlumat verilib.

Məlumatda deyilir ki, müzakirə tipli verilişlərdə hansısa ailənin, şəxsin özəl-intim həyatının bu və ya digər anları müzakirəyə çıxarılır, videofaktlar ortaya qoyulur.
İl ərzində aparılmış monitorinqlər televiziya kanallarında ciddi mövzuların müzakirə olunduğu proqramların qıtlığını ortaya qoyub. Müəyyən edilib ki, yayımçılar ciddi mövzular müəyyənləşdirməklə səviyyəli diskussiyalar, ciddi ekspertlərin iştirakı ilə müzakirələr təşkil etməyə qətiyyən maraq göstərmirlər. Onlar daha çox ucuz yollara əl atır, əksərən ailə-məişət mövzuları, ictimai əhəmiyyət kəsb etməyən məsələləri müzakirəyə çıxarırlar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər