Şər və Böhtan yazanlara tutarlı cavab - “Azərsu” ASC-nin Ağdam Su kanal idarəsinin müdiri Vüqar Qəhrəmanov - Özəl

Şər və Böhtan yazanlara tutarlı cavab - “Azərsu” ASC-nin Ağdam Su kanal idarəsinin müdiri Vüqar Qəhrəmanov - Özəl













Vüqar Qəhrəmanov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

Ölkə başçısı İlham Əliyev Azərbaycan iqtisadiyyatının daha da inkişaf etdirilməsi, neft amilindən asılılığının aradan götürülməsi üçün kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetrir.

Respublikamızın iri kənd təsərrüfatı rayonlarından olan “Azərsu” ASC-nin Ağdam Su kanal İdarəsinin təcrübəli rəisi Vüqar Qəhrəmanov da bu fikirdədir. O, aqrar sahənin perspektiv inkişafı barədə fikirlərini bizimlə bölüşdü: -Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə respublika rəhbərliyinə qayıdışı meliorasiya və su təsərrüfatını məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, meliorasiya potensialından daha dolğun istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Respublikamıza yatırılan xarici investisiyaların xeyli hissəsi bu sahənin inkişafına yönəldildi.

Hazıırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir ki, bunun da uğurlu həlli üçün idarəmizin kollektivimiz gecə-gündüz sahələrdə çalışır, suvarmanın mütəşəkkil aparılmasına öz töhfələrini verirlər.

***

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Azərsu” ASC-nin Ağdam Su kanal idarəsinin müdiri Vüqar Qəhrəmanovdur.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Vüqar Qəhrəmanovun adı, Ağdam ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

“Azərsu” ASC-nin Ağdam Su kanal İdarəsinin təcrübəli rəisi Vüqar Qəhrəmanov yüksək insanlığı ilə seçilən bir insandır! Vüqar Qəhrəmanovun görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, “Azərsu” ASC-nin Ağdam Su kanal İdarəsinin təcrübəli rəisi Vüqar Qəhrəmanov fəaliyyətinin ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Amma mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? “Azərsu” ASC-nin Ağdam Su kanal idarəsinin müdiri Vüqar Qəhrəmanovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq “Azərsu” ASC-nin Ağdam Su kanal idarəsinin müdiri Vüqar Qəhrəmanovu nüfuzdan salmağa çalışırlar.

Məlumdur ki, “Azərsu” ASC-nin Ağdam Su kanal idarəsinin müdiri Vüqar Qəhrəmanovun barədə son vaxtlar şantaj xarakterli məlumatlar yayan şəxslərin əslində başqa niyyəti var. Mətbuatda ""Ağdamda saxta diplomlu rəis kimdir......." başlıqlı yazı dərc olunub. Guya İçki düşkünü olan bu məmur hətta məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrin birində özünə eyş-işrətlə məşğul olmaq üçün ev də tutub, Bakıdan gətirdiyi xanımı orada saxlayır.

Bakuxeber.info olaraq araşdırma zamanı məlum oldu ki, bütün bunlar yalan və şantaj xarakterli xəbərdir. Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Vüqar Qəhrəmanovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər. Hamıya məlumdur ki, yalan ayaq açsa da yerimir. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır. Vüqar Qəhrəmanovun şəxsi və işgüzar nüfuzuna xələl gətirmək istəyən insanların çirkin niyyətinə çatmayacağı da hamıya məlumdur.

P.S. Bakuxeber.info olaraq bəzilərinin diqqətinə çatdırır ki, “Azərsu” ASC-nin Ağdam Su kanal idarəsinin müdiri Vüqar Qəhrəmanovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla “Azərsu” ASC-nin Ağdam Su kanal idarəsinin müdiri Vüqar Qəhrəmanovn şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarahterli yazılara görə üzr istəyəcəklər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər