Taryel Ömərov öz isguzarlığı ilə tanınır və seçilir….

Taryel Ömərov öz isguzarlığı ilə tanınır və seçilir….













Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Taryel Ömərovdur.

Taryel Ömərov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli peşəyə yiyələnən Taryel Ömərov bu işin müqəddəsliyini qoruyub saxlayır. Taryel Ömərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Taryel Ömərov öz isguzarlığı ilə tanınır və seçilir….

Taryel Ömərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Taryel Ömərov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Haqqında

İxtisas:Laparoskopik Bariatrik-Metabolik Cərrah

Vəzifə:Baş həkim


Təhsil

1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin 1-ci müalicə-profilaktika fakültəsini bitirmişdir.

İş təcrübəsi

2008 ATU I cərrahi xəstəliklər kafedrası

2013 Modern hospital, Baş Həkim

Üzvlüyü

Azərbaycan Cərrah və Qastroenterologlar cəmiyyəti(ACQA)

Azərbaycan Kardiovaskulyar Cərrahlar assosiasiyası(ACSA)

Azərbaycan Cərrahlar cəmiyyəti (ACC)

Türkiyə Qastroenteroloqlar Dərnəyi(TGD)

Türkiyə Cərrahi Dərnəyi(TCD)

Turk Endoskopik Laporoskopik Cərrahi Dərnəyi(TELCD)

Society of American Gastrointestinal and Endoscopic Surgery (SAGES) Türk Obezite Cərrahi Dərnəyi (TOSS)

Taryel Ömərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Taryel Ömərov professional olmasıyla, dövlətçiliyimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Bizdə hörmətli Taryel Ömərovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

************

Hazırda ölkəmizdə 500-ə yaxın özəl tibbi müəssisə fəaliyyət göstərir ki, onlar dünya təcrübəsindən bəhrələnərək tibbi xidmətin müasir səviyyədə təşkilinə öz töhfələrini verir. Belə müəssələrdən biri də 2008-ci ilin noyabr ayında Bakıda fəaliyyətə başlayan, müasir avadanlıqlarla təchiz olunmuş və yüksək ixtisaslı həkimlərin çalışdığı Modern Hospitaldır. Bu gün Azərbaycanda çox əlverişli biznes mühiti formalaşmışdır. Cənab Prezidentin həyata keçirdiyi davamlı inkişaf proqramları tibb sahəsi üçün də münbit şərait yaratmışdır. Ölkəmizdə inşa edilən yüzlərlə yeni tibb müəssisələri və regional tibb mərkəzləri əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyətə malikdir. Ölkəyə çox qiymətli tibbi cihazlar gətirilir. Bu isə hər cür xəstəliyin müayinə və müalicəsinə geniş imkanlar yaradır.
Klinikamız çoxprofillidir, pasientlərimizə stasionar xidmət də göstərilir.

41 çarpayımız 8-i reanimasiya şöbəsində, 33-i isə ümumi stasionar palatadadır.Burada ürək cərrahiyyəsindən başqa bir çox sahələr üzrə cərrahi əməliyyatlar aparılır. Laporaskopik üsul və endoskopik cihazlar vasitəsi müxtəlif əməliyyatlar icra olunur. Vaxtaşırı türk həkimlərinin köməyi ilə Azərbaycanda yenə ilk dəfə Modern Hospitalda icra olunan mikroskop vasitəsi ilə qulaqda əməliyyat aparılır. Uroloji xidmətlər - müayinələr, endo-uroloji əməliyyatlar Avropa və Amerika uroloji assossiasiyalarının qəbul etdiyi protoklollar əsasında həyata keçirilir. Bu və digər sahələrdə ən müasir müalicə standartlarını klinikamızda çoxdan tətbiq edirik.


Almaniya və Turkiyənin bir çox qabaqcıl klinikaları ilə əməkdaşlıq edirik. Maddi-texniki təchizat məsələsi ilə bağlı biz tibbi cihazları dünyaca məhşur firmalardan alırıq. Əsas üstünlüyü Yaponiya, ABŞ, Almaniya, İtaliya kimi ölkələrə veririk. Bu gün klinikamızda çox qiymətli cihazlar var. Məsələn, mədə-bağırsaq xəstəliklərinin müayinəsinin endoskopiya üsulu var. Biz indi videoendoskopiya vasitəsi ilə xəstəyə heç bir əziyyət vermədən bu müayinəni aparırıq. Kamera endoskopun ucunda olduğundan daha geniş informasiya götürmək imkanı yaradır. Müayinə zamanı ekrana xəstə də, həkim də baxa bilər və prosesin kompyuterin yaddaşında qeyd olunması da mümkündür.

Endoskopiya klinikamızda bir çox sahələrdə uğurla tətbiq edilir.Modern Hospital klinikasında müharibə əlilləri, şəhid ailələri və məcburi köçkünlərə güzəştlər tətbiq olunur.
Təhsil nazirliyinə bağlı uşaq evləri və “SOS” Uşaq Kəndində olan kimsəsiz uşaqları bizim klinika tam pulsuz müayinə və müalicə edir. Bundan başqa klinikamızda müharibə əlilləri,şəhid ailələri və məcburi köçkünlərə güzəştlər tətbiq olunur. Söz yox ki, gələcəkdə biz öz güzəşt kateqoriyalarımızı daha da genişləndirəcəyik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər