Teymur Abdullayevə “Azərenerji”də vəzifə verildi

Teymur Abdullayevə “Azərenerji”də vəzifə verildi














“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Yəhya Babanlı vəzifəsindən çıxarılıb.

Bununla bağlı əmr imzalanıb. Y.Babanlının yerinə isə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin keçmiş rəis müavini Teymur Abdullayev təyin edilib.

Y.Babanlı məlumatı təkzib etməyib.

Modern.az xatırladır ki, Teymur Abdullayev əvvəllər “Şərq”, “Hürriyyət”, “P.S” və digər qəzetlərdə işləyib.
O, 2009-cu ildən 2013-cü ilin noyabrınadək Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb və mayor rütbəsinədək yüksəlib.
Daha sonra – 2013-cü ilin sonlarında İctimai Televiziyada İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri – mətbuat xidmətinin rəhbəri vəzifəsinə gətirilmişdi. O, bir müddət İTV-də işlədikdən sonra buradakı vəzifəsindən azad edilmişdi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər