Yaşar Həsənov: “Azəristiliktəchizat” ASC istilik təchizatı sahəsində dövlətin vahid texniki iqtisadi siyasətini həyata keçirən əsas orqandır

Yaşar Həsənov: “Azəristiliktəchizat” ASC istilik təchizatı sahəsində dövlətin vahid texniki iqtisadi siyasətini həyata keçirən əsas orqandır














İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Yaşar Həsənovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənovdur.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 10 aprel 2012-ci sərəncamına əsasən Yaşar Məmmədəli oğlu Həsənov “Əməkdar Mühəndis” fəxri adına layiq görülmüşdür.

“Azəristiliktəchizat” ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmışdır və əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir.



“Azəristiliktəchizat” ASC istilik təchizatı sahəsində dövlətin vahid texniki iqtisadi siyasətini həyata keçirən əsas orqandır, səhmləri 100% dövlətə məxsusdur.



Cəmiyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 229 saylı 14 dekabr 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Nizamnamə əsasında fəaliyyət göstərir.



İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır və tərkibi 3 nəfərdən-sədr və onun iki müavinindən ibarətdir.



Cəmiyyətin strukturuna mərkəzi idarəetmə aparatı, 11 xidmət təsərrüfatı, 2 Məhdud Məsuliyyətli Cəmiyyət, Bakı şəhəri üzrə 17 İstilik Sistemləri İstismar Sahəsi, 51 regional istilik təsərrüfatı idarələri, 5 Rayon istilik qazanxanası, 700-ə yaxın məhəllədaxili istilik qazanxanası, 197 istilik məntəqəsi, 1200 km-ə yaxın magistral və məhəlli istilik xətti, 2 yüksəldici nasos stansiyası, maşın parkı və digər mühəndis istilik kommunikasiyaları daxildir.



Cəmiyyətin tərkibində xüsusiləşdirilmiş elektrik təsərrüfatı, nəzarət ölçü cihazları və avtomatika, qaz təsərrüfatı, mexaniki təmir, istilik mübadilə və su hazırlığı və nəqliyyat xidmətləri fəaliyyət göstərir.



Cəmiyyətin Yasamal və Xətai rayonları ərazisində texniki bazaları mövcuddur, baş ofisi Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 ünvanda yerləşir. Dispetçer xidməti 24 saat fasiləsiz fəaliyyətdədir.


“Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli sədr peşəsinə yiyələnən Yaşar Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır. Yaşar Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Yaşar Həsənovdan danışdılar yaxşı ki, Yaşar Həsənov “Azəristiliktəchizat” ASC-nin sədri təyin olunub… Yaşar Həsənov öz isguzarlığı ilə tanınır və seçilir….


Yaşar Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Yaşar Həsənovu heç vaxt əqidəsindən döndərə bilməz.

Yaşar Həsənov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Yaşar Həsənov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Yaşar Həsənov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Yaşar Həsənovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Yaşar Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Yaşar Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Azəristiliktəchizat” ASC-nin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Yaşar Həsənov özünü doğruldub. Bizdə hörmətli Yaşar Həsənovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər