Ronaldo millidə çıxış etmək barədə qərar verib

Ronaldo millidə çıxış etmək barədə qərar verib














Turinin “Yuventus” futbol klubunun hücumçusu Kriştiano Ronaldo bildirib ki, 2019-cu ildə Portuqaliya seçməsinin heyətində çıxış etmək üçün yığma komandaya qayıdacaq.

İnterAz bu barədə AS-a istinadən xəbər verir.

“2019-cu ildə yenidən Portuqaliya yığmasının məşqçi qərargahının sərərəncamına qayıtmaq niyyətindəyəm. Bizim bu mövsümün birinci hissəsində mənim yığmanın heyətində matçlarda iştirak etməyəcəyimə dair razılaşmamız vardı”, – deyə Ronaldo bildirib.

33 yaşlı hücumçu 2018-ci ilin futbol üzrə dünya çempionatından sonra bildirmişdi ki, yeni klubla əlaqədar bir müddət milli komandada çıxış etməyəcək.

Qeyd edək ki, Ronaldo İtaliya çempionatının bombardirlər siyahısında liderliyə yüksəlib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər