Elçin Kazımov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır - ÖZƏL

Elçin Kazımov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır - ÖZƏL











Əlinə qələm alan, sayt açan, jurnalist adını daşıyan hər bir kəs bilməlidir ki, Haqq yolunu azmaqla haqqa çatmaq olmaz.

Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Bəzi “jurnalistlər” var ki, qapı-qapı düşüb dövlət idarələrində məmurları şantaj edərək pul dilənməklə məşğul olurlar. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.

8 saylı Ərazi Vergi İdarəsinin rəisi Elçin Kazımov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv, maddiyata hərisliklə, sifariş əsasında çox cizmaqaralar “işıq üzü” görüb. Əslində o yazılar müəllifin və sayt rəhbərliyinin daxili aləminə hakim kəsilən zülmətin təzahürü olub. Onların çoxuna da cavab verilməyib. Bir jurnalist kimi, elimi-obamı, Vətənimi bütün varlığımla sevən bir vətəndaş kimi şər toplusu müəlliflərinə cavab vermişəm. Bəzi saytlarda gedən “8 saylı Ərazi Vergilər İdarəsində özbaşınalıq” başlıqlı həqiqətdən uzaq yazını görəndə istədim ki, ona cavab verim.

Demək belə, yeni-yeni fəaliyyətə başlayan bəzi saytlar Elçin Kazımova rəml atmaq istəyir. Kimin vasitəsilə, o da bizə yaxşı məlumdur. Saytların rəhbərləri kimə xidmət etdiyi, kimin sifarişini yerinə yetirdiyi, ədalətli iş adamlarına, icra strukturlarının rəhbərlərinə tor qurmaq üçün kimlərlə iş birliyinə getməsi də diqqətimizdən kənarda deyil.

8 saylı Ərazi Vergi İdarəsinin rəisi Elçin Kazımov barədə heç bir etiraz yoxdur.


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. 8 saylı Ərazi Vergi İdarəsinin rəisi Elçin Kazımovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 8 saylı Ərazi Vergi İdarəsinin rəisi Elçin Kazımovdur.

8 saylı Ərazi Vergi İdarəsinin rəisi Elçin Kazımov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elçin Kazımov bu işin müqəddəsliyini qoruyub saxlayır. Elçin Kazımov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Elçin Kazımovdan danışdılar yaxşı ki, Elçin Kazımov 8 saylı Ərazi Vergi İdarəsinin rəisi təyin olunub… Elçin Kazımov öz isguzarlığı ilə tanınır və seçilir….

Elçin Kazımov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də cənab prezident rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər