Bakıda taksi şirkəti qiyməti kəskin bahalaşdırdı

Bakıda taksi şirkəti qiyməti kəskin bahalaşdırdı














“Ulduz taksi” (*5000) şirkəti bu gündən etibarən gediş qiymətlərini 22% bahalaşdırıb.

Axar.az xəbər verir ki, şirkətin operatorları bahalaşmanı ötən günə qədər “endirim qiymətlərlə” çalışmaları ilə əsaslandırıblar. Belə ki, şirkət artıq güzəştli qiymətləri bugündən ləğv edib və nəticədə gediş qiymətləri 22% civarında bahalaşıb.

Bu qiymət siyasəti ilə “Ulduz taksi” (*5000) Bakıda ən baha xidmət göstərən taksi şirkətlərindən birinə çevrilib.

Ümumiyyətlə isə son 3 gündə bütün taksi şirkətlərində qiymət artımı müşahidə olunur. Taksi sürücüləri bunu havaların yağışlı keçməsi səbəbindən taksi şirkətlərinə müraciətlərin çoxalması ilə əlaqələndirirlər.

Qeyd edək ki, taksi şirkətləri bu ilin ikinci yarısından başlayaraq, qiymətləri artırıblar. Ötən illə müqayisədə taksi şirkətlərində artım 40%-ə qədər özünü göstərir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər