Vergilər Nazirliyi vətəndaşların ən çox şikayət etdiyi məsələləri açıqladı

Vergilər Nazirliyi vətəndaşların ən çox şikayət etdiyi məsələləri açıqladıHesabat dövründə vergi orqanları tərəfindən 500-dən çox vətəndaş qəbul edilib



2015-ci ilin oktyabr ayı ərzində vergi orqanlarına 10250 müraciət daxil olub ki, bunlardan da 95,8%-i ərizə, 4%-i şikayət, 0,2% təklifdir.

Lent.az Vergilər Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətlərin 45,8%-i kameral vergi yoxlamaları, 6,6%-i vergi borcları, 1,7%-i operativ vergi nəzarəti, 1,6%-i səyyar vergi yoxlamaları, 1,4%-i vergidən yayınma və dividendlərin verilməsi, 0,7%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i korrupsiya hüquqpozmaları, 41,85%-i digər məsələlərlə bağlı olub.

Müraciətlərdən 51,9%-i müsbət həll olunub, 15,3%-i barədə müvafiq izahatlar verilib, 2,3%-i əsassız sayılıb, 0,4%-i qismən həll edilib, 0,4%-i aidiyyəti üzrə göndərilib, 29,7%-i isə icradadır.

Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 501 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilmiş və ya müvafiq izahatlar verilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər