Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşüb

Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşübTürkiyənin Antalya şəhərində “Böyük İyirmilik” ölkələri liderlərinin Sammiti öz işinə davam etdirir.

Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu Sammitdə iştirak edən Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla və digər ölkələrin XİN rəhbərləri ilə görüşüb.

Xatırladaq ki, “Böyük İyirmiliyə” daxil olan ölkələr dünya sənayesinin 85 faizini, ümumi daxili məhsulun 90 faizini, dünya ticarətinin 80 faizini təmsil edirlər. Dünya əhalisinin üçdə iki hissəsi "Böyük İyirmiliyin" üzvü olan ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Argentina, Koreya Respublikası və Avropa İttifaqı ərazisində yaşayır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər