“BakuBus” sürücülərin maaşlarını artırıb — Əlavə işçi axtarır

“BakuBus” sürücülərin maaşlarını artırıb — Əlavə işçi axtarır














"BakuBus" MMC sürücü vəzifəsinə növbəti işə qəbul elan edib.
Bakı Nəqliyyat Agentliyindən trend-ə verilən məlumata görə, iş üçün "D" kateqoriyalı sürücülük vəsiqəsi olan vətəndaşlar "BakuBus" MMC-yə müraciət edə bilərlər.

Vətəndaşlara işə qəbul barədə ətraflı məlumat almaq üçün (012) 404-11-10 telefon nömrəsinə zəng etmək tövsiyə olunur.
Qeyd edək ki, dekabrın 1-dən "BakuBus" MMC-də çalışan sürücülərin aylıq əmək haqları orta hesabla 10 faiz artırılıb. Məqsəd, sürücülərin maddi rifah halını daha da yaxşılaşdırmaq, həmçinin, onların işə daha məsuliyyətlə yanaşmasına nail olmaq və avtobuslarda əhaliyə göstərilən xidmətin keyfiyyətini daha da yüksəltməkdən ibarətdir.

Sürücülər "BakuBus" MMC-də gün ərzində növbəli iş qrafiki üzrə çalışırlar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər