Avropanın ən dinc ölkəsi münaqişə ölkələrinə silah satırmış…

Avropanın ən dinc ölkəsi münaqişə ölkələrinə silah satırmış…














Avropanın maliyyə, sənaye və turizm mərkəzlərindən biri olan İsveçrə sən demə, silah bazarında da öz sözünü deyən ölkələrdən sayılırmış.

Ölkənin “Neue Zürcher Zeitung” qəzetinin verdiyi məlumata görə, İsveçrə qanunlarına əsasən əslində daxili və beynəlxalq münaqişələrdə iştirak edən tərəflərə silah satmaq qadağandır. Lakin yerli qurumlar “münaqişə” məsələsini öz bildikləri şəkildə yozduqları üçün müəyyən hərəkət azaldığı əldə ediblər.

Verilən məlumatlara görə, İsveçrənin 2017-ci ilə ixrac etdiyi silahların ümumi həcminin 30%-i məhz münaqişələrdə iştirak edən dövlətlərlə bağlı olub. 2000-2017-ci illər aralığında İsveçrənin silah sənayesi 32 dövləti təchiz edib.

İsveçrənin ən böyük silah alıcısı, nə qədər təəccüblü görünsə də ABŞ sayılır. Birləşmiş Ştatlar son 17 il ərzində 584 milyon frank dəyərində silah idxal edib. ABŞ əsasən buradan müxtəlif tip təyyarələr, atıcı silahlar alır.

İsveçrənin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi reputasiyaları olduqca şübhəli və Yəməndəki humanitar fəlakətə səbəb olan dövlətlərə də silah satması mübahisə yaradıb. Avropa ölkəsi iki dövlətə müvafiq olaraq 22,7 və 14,9 milyon dollarlıq silah ixrac edib.

İsveçrənin ən böyük alıcılarından biri də iki bir-birinə düşmən kəsilən dövlət olan Pakistan (227 milyon frank) və Hindistan (149 milyon frank) sayılır.

Türkiyə son 17 il içində İsveçrədən 30 milyon frank dəyərində silah idxalını həyata keçirib. Onlardan 25 milyonu Türkiyə tərəfindən müxtəlif münaqişə ocaqlarında istifadə edilib. Türkiyənin maraq dairəsi əsasən bombalar, raketlər, torpedolar, hərbi təyinatlı partlayıcı və yandırıcı vasitələr olub.

Hökumətlə üsyançılar arasında silahlı toqquşmaların baş verdiyi Tailanddan İsveçrə silah sənayesi 2017-ci ildə 87 milyon frank pul qazanıb.

Bu gün dünyanın müxtəlif münaqişə bölgələrində aktiv rol oynayan Rusiya belə, 3,1 milyon franklıq silah idxalı ilə bağlı İsverçə tərəfiylə müqavilə imzalayıb.

Musavat.comБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər