Beyləqanda ər-arvad həmkəndliləri tərəfindən döyülüb

Beyləqanda ər-arvad həmkəndliləri tərəfindən döyülübBeyləqanda ər-arvad həmkəndliləri tərəfindən döyülüb.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, hadisə rayonun Aşıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdlü Ağayev Daşqın Yusif oğlu və onun həyat yoldaşı, 1991-ci il təvəllüdlü Səfərova Xatirə İsmayıl qız Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın baş həkimi Əli Məmmədovun APA-ya verdiyi məlumata görə, hər iki zərərçəkənə ilkin tibbi yardım göstərilib. Həkimlər D. Ağayevə baş və alın nahiyəsinin əzilmiş-cırılmış, X. Səfərovaya isə bədənin müxtəlif nahiyələrində travmatoloji zədələr diaqnozu qoyub.
Zərərçəkənlər döyülmə faktı ilə bağlı rayon polis şöbəsinə müraciət ediblər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников