Sürücülərin nəzərinə: Qadağa qüvvəyə mindi

Sürücülərin nəzərinə: Qadağa qüvvəyə mindiBaş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Azərbaycanda sürücülərə pərdə və plyonkadan istifadəyə verilmiş icazənin müddəti başa çatıb.


Lent.az-ın məlumatına görə, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi - Ümumi texniki şərtlər" dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmaması müəyyənləşdirilib, həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.

Artıq sürücülərə verilən möhlətin müddəti başa çatıb. Yol polisi qanunla istifadəsi qadağan edilmiş pərdə və plyonkalardan istifadə edən sürücülərə qarşı tədbirlər görəcək. Yol polisi noyabrın 16-dan artıq bu qaydaya əməl etməyənlərə qarşı reydlərə başlayacaq. Qanunu pozanları 150 manat cərimə cəzası gözləyir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər