İdarə müdiri yol qəzasında öldü

İdarə müdiri yol qəzasında öldü















Hacıqabul rayonunda baş verən yol qəzasında idarə müdiri ölüb.

Report xəbər verir ki, hadisə Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş verib.

“Mercedes” markalı, 10 ZP 039 dövlət nömrə qeydiyyatlı avtomobil əsas yola çıxan “VAZ 21015” markalı, 99 BC 437 dövlət nömrə qeydiyyatlı avtomobilə çırpılıb.

Nəticədə “VAZ”ın sürücüsü – Hacıqabul rayon Yaşıllaşdırma idarəsinin müdiri, 1980-ci il təvəllüdlü Hüseynov Amil Eyyub oğlu aldığı kəllə-beyin travmasından hadisə yerində ölüb.

Faktla bağlı Hacıqabul Polis Şöbəsi tərəfindən araşdırma aparılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər