Ermənistan ETİRAF ETDİ: "Soydaşlarımızın sayı azalır, yardım lazımdır" - FOTO

Ermənistan ETİRAF ETDİ: "Soydaşlarımızın sayı azalır, yardım lazımdır" - FOTO
















Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan və 1 milyondan çox soydaşımızı yurdundan didərgin salan Ermənistan Suriyaya humanitar yardımlarını davam etdirəcək.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin rəsmisi Devid Tonayan deyib.

Media nümayəndələrinə açıqlama verən Tonayan Ermənistanın Suriya xalqına əlindən gələn humanitar yardımı göstərəcəyində qətiyyətli olduğunu bildirib:



“Suriyada yaşayan ermənilərin durumu haqqında ciddi bir bilgiyə sahib idik. Ona görə də Ermənsitan hökuməti bu qərarı dəstəkləyirdi. Suriyadakı erməni xalqı Suriyanın böyük etnik məskunlaşma yerlərindən biri olan Qamışlı daxil olmaqla, fərqli bölgələrə parçalanmış vəziyyətdədir. Oradakı soydaşlarımızın sayının azalması bizi narahat edir. Xalqımız min illərdir yaşadığı torpaqlarda yaşamaq haqqından məhrum edilir. Bu, acı bir həqiqətdir. Təhlükəsizliyin təmin edilməsi, maraqlarımızın müdafiəsi üçün hələ də çətin vəziyyətdə olanların aqibətini az da olsa, rahatlatmaq adına humanitar yardım etmək qərarı verilmişdi. Biz təkcə erməni xalqına deyil, bütün Suriyaya yardım edirik”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi ötən ilin sentyabr ayında Suriyaya humanitar yardım göndərmək niyyətində olduğunu açıqlamışdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər