Serjin devrilməsi, Paşinyanın iç üzü açılır: Qarabağı qaytaracaqmış? - Gəlişmə...

Serjin devrilməsi, Paşinyanın iç üzü açılır: Qarabağı qaytaracaqmış? - Gəlişmə...















“Biz Qarabağı satmayacağıq”

Cahan.info xəbər verir ki, bunu Tavuş vilayətində təşkil etdiyi mitinqdə çıxışı zamanı Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan deyib.

“David Şahnazaryan deyir ki, biz Qarabağı vermək üçün hakimiyyətə gəlmişik. Mən indi emosional bəyanatlar vermək istəmirəm. Faktlara əsaslanan bəyanat verirəm.

Bizim hökumət və mən Ermənistanın ilk rəhbərliyik ki, Ermənistan hökumətinin Qarabağ konfliktini həll edə bilmədiyini qeyd edir və bunu xalqın həll etməli olduğunu deyirik. Əgər xalq üçün qəbuledilən təklif səslənsə, mən bunu xalqa təqdim edəcəm və xalq qərar verəcək.

Respublikaçılar Partiyası bizi Qarabağı satmaqda ittiham etməklə xalqı ittiham edir. Bunu Serj Sərkisyanın rəhbərliyi ilə Qarabağı vermək siyasəti aparan partiyanın nümayəndələri deyirlər”, - deyə o bildirib.

Qeyd edək ki, Şahnazaryan Paşinyanın Qarabağı “satacağını” bildirib.Ermənistanda baş verən hadisələr məzmun etibarilə antirusiya xarakteri daşıyır.

Paşinyan hakimiyyətə gəlməzdən öncə də Rusiya əleyhinə silsilə məqalələrin müəllifi kimi tanınıb. İndi isə onun həbsdən çıxardığı Sasna Çrer terror qruplaşması qısa müddətdə siyasiləşərək parlament seçkilərində iştirak etməyi hədəfləyir.

Ən maraqlısı isə odur ki, onlar hazırda da seçkiqabağı təbliğatda antirusiya şüarları səsləndirir və rus bazalarının təcili olaraq ölkədən çıxarılmasını tələb edirlər. Qərb yönümlü Paşinyan hətta məqsədli surətdə bu qruplaşmanı gələcəkdə parlamentə də buraxa bilər.

Bütün bunlar Ermənistanda seçkilərin açıq şəkildə antirusiya mahiyyəti üzərində qurulmasından xəbər verir.

Burada öncüllüyü Sasna Çrer qruplaşması təşkil etsə də, Paşinyanın partiyasından olan müəyyən namizədlərin Rusiya əleyhinə çıxışları da nəzərdən qaçmır.

Təbii ki, Rusiyanın buna səssiz qalacağını düşünmək sadəlövhlük olardı. Rusiyanın Ermənistanda kifayət qədər güclü “5-ci kolon”unun olduğunu nəzərə alsaq, İrəvanın satılması an məsələsidir.

Xüsusilə də Rusiyanın Ermənistanda 102-ci briqadası, eləcə də Erebunidəki aviasiya bazasında kifayət qədər QRU-nun əməkdaşlarının işləməsi bu amili daha da gücləndirir.

Bu nöqteyi-nəzərdən Moskva Ermənistanda baş alıb gedən antirusiya meyillərini ram etmək üçün artıq çalışmalarını yekunlaşdırmaq üzrədir.

Bu özünü daha çox seçkilərdə Paşinyanın tərəfdarları və Sasna Çrerin qruplaşmasının səs almasına maneəçilik cəhdlərində göstərməlidir.

Sərkisyan Rusiyanın adamı və Qarabağ klanının başçısı olduğundan, onun Moskvadan dəstək alacağına şübhə yoxdur. Rusiya Paşinyanın qarşısına müxtəlif metodlarla çıxacaq.

Buraya “5-ci kolon”, Respublikaçılar Partiyası, Qarabağ klanı, keçmiş SSRİ xisləti ilə yaşayan müəyyən qruplaşmalar daxildir. Rusiya bütün bu qruplaşmaları istiqamətləndirərək Paşinyanın seçki kampaniyasına sürpriz gətirəcək.

Çünki Ermənistanda antirusiya meyilli qüvvələrin böyük səslə qələbə çalaraq parlamentə gəlməsi və hakimiyyətdə möhkəmlənməsi gələcəkdə Rusiya üçün böyük bir başağrısına, postsovet ölkələri üçün o qədər də xoş olmayan presedentə çevrilə bilər.

Ona görə də Rusiyadakı araşdırmaçılar bu siyasi bəlanın qarşısını elə zamanında alacaqlar və Paşinyanın rahat, gurultulu alqışlarla hakimiyyətə gəlməsinə ciddi əngəllər törədəcəklər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər