Aleksey Navalnıdan növbəti ifşa videosu: Rusiyanın Putinpərəst teleaparıcısı Böyük Britaniya vətəndaşı çıxdı

Aleksey Navalnıdan növbəti ifşa videosu: Rusiyanın Putinpərəst teleaparıcısı Böyük Britaniya vətəndaşı çıxdı















Rusiyanın məşhur teleaparıcısı, “Vesti v subbotu” proqramının rəhbəri, Ümumdövlət televiziya və radio verilişləri şirkətinin (VQTRK) baş direktorunun xüsusi layihələr üzrə müavini Sergey Brilyov əslində Böyük Britaniya vətəndaşı imiş

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı rusiyalı müxalifətçi, Putin rejimi ilə bağlı qalmaqallı faktları ictimaiyyətə çatdıran Aleksey Navalnı “youtube” kanalında xüsusi videosüjet yayıb. Sergey Brilyovun Londonda 1 milyon dollara ev aldığı da aşkara çıxıb.

Aleksey Navalnı və onun rəhbərlik etdiyi Korrupsiya ilə mübarizə fondu Brilyov və onun həyat yoldaşı İrinanın Londonun Nottonq-Hill rayonunda seçici olaraq qeydiyyatdan keçdikləri məlum olduğunu bildirib.

Britaniya qanunlarına görə isə bu siyahıya sadəcə Böyük Britaniya vətəndaşları və ya orada daimi əsasla qalan, lakin Rusiya vətəndaşı olmayan şəxslər salına bilər.

Həmçinin fondun araşdırması sayəsində İrina Brilyovanın Londonun elitar Çizik rayonunda çoxmərtəbəli evin menecerlərindən biri olduğu bilinib. Yuxarıdıa bəhs edilən 1 milyon dollarlıq mənzil də həmin evdədir.

Maraqlıdır ki, nə Sergey Brilyov, nə də İrina Brilyova belə bir bahalı mənzili ala biləcək bizneslə məşğul deyillər. Rusiyalı müxalifətçinin fikrincə, həmin məbləğ Brilyova “Rossiya” telekanalında Putin rejimini effektli şəkildə təbliğ etdiyi üçün bəxş olunub.

Aleksey Navalnı Sergey Brilyovu Putinin ən böyük təbliğatçılarından biri sayır. Onun aparıcılıq etdiyi xəbər proqramlarında Rusiya hakimiyyəti ilə bağlı heç bir neqativ infomasiyaya yer verilmir. Süjetdə göstərildiyi kimi Rusiyada pensiya islahatlarına qarşı etirazlar, İnquşetiyadakı hadisələr (Çeçenistana torpaq verilməsi ilə bağlı-red.), Rusiya Baş Kəşfiyyat İdarəsi əməkdaşlarının dünyada ifşası, ata və qız Skripalların zəhərlnməsi,..heç bir məlumat Brilyovun proqramlarında yer tapmayıb.

Məsələn, bütün dünya Sergey Skripalı zəhərləyən “Petrov və “Bəşirov” uydurma soyadları ilə rusyalı kəşfiyyaçtılarından danışarkən Sergey Brilyov öz verilşində başqa “sensasiya” barədə xəbər verib: Sən demə, Böyük Britaniya krallığının yeni gəlini Meqan Markl avtomobilindən düşdükdə qapını özü örtübmüş.

Qeyd etmək lazımdır ki, “Vesti v subbotu” proqramından əlavə Sergey Brilyov Rusiya Təhlükəsizlik və Müdafiə Şurasının işində də iştirak edir.

Navalnının istehzayla iqtidara verdiyi sual da elə budur: “Böyük Britaniya vətəndaşının bu cür böyük vəzifələrdə nə işi var?Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər