Hökumətin ən böyük investisiyalı büdcəsi: 2019-da xalqı nə gözləyir? - Araşdırma...

Hökumətin ən böyük investisiyalı büdcəsi: 2019-da xalqı nə gözləyir? - Araşdırma...














İqtisadi baxımdan özünü tamamilə təmin edən və ciddi maliyyə çətinliyi olmayan müstəqil Azərbaycan 2018-ci ili də uğurla başa vurmaqdadır.

Cahan.info-nun verdiyi məlumata görə, ölkədə son 10 ay ərzində həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində sosial-iqtisadi inkişafın dayanıqlığı təmin olunub.

Bu bir həqiqətdir ki, Azərbaycan son 15 ildə dünyanın heç bir dövlətinə müəssər olmayan sürətli inkişaf yolu keçib.

2004-cü ildən bu yana iqtisadiyyatın üç dəfədən çox artması, ölkənin valyuta ehtiyatlarının 28 dəfə çoxalaraq 45 milyard dollara yüksəlməsi, iqtisadiyyata 250 milyon dollar investisiyanın yatırılması bunu təsdiq edən ən vacib faktlardır.

İnkişaf səviyyəsini xarakterizə edən bütün əsas göstəricilərin əhəmiyyətli dərəcədə yaxşılaşması Azərbaycanın regionda ən güclü iqtisadi potensiala malik olan ölkəyə çevrildiyini sübut edir.

Azərbaycanın həyata keçirdiyi beynəlxalq transmilli layihələr - Bakı-Tbilisi-Qars dəmir yolu xətti, "Cənub qaz dəhlizi”, iştirakçısı olduğu Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi nəinki bölgədə, dünya miqyasında da güclü nəqliyyat-tranzit mərkəzinə çevirməkdədir.

Görülən işlər, həyata keçirilən sosial-iqtisadi layihələr, iqtisadiyyata yatırılan investisiyalar, regionların inkişafı ilə bağlı hazırlanan (2019-2023-cü illər) yeni dövlət proqramı onu deməyə əsas verir ki, gələn il də Azərbaycanda bütün sahələr üzrə inkişaf müşahidə olunacaq. Bu, gələn ilin dövlət büdcəsi zərfində də öz əksini tapıb.

Xatırladaq ki, bir müddət öncə beynəlxalq reytinq agentlikləri olan "Moody's” və "Standard&Poor's”un (S&P) növbəti illər üçün açıqladıqları proqnozlarda da Azərbaycan iqtisadiyyatının artım tempi öz əksini tapmışdı.

Analitiklər Azərbaycan iqtisadiyyatının 2019-cu ildə 3 faiz təşkil edəcəyini proqnozlaşdırırlar. 2019-2020-ci illərdə Azərbaycanda illik ümumi daxili məhsul istehsalının artımının 3,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılıb.

Proqnozlara əsasən, Azərbaycan iqtisadiyyatı 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacaq.

Əvvəlki illərdəki kimi, 2019-cu ilin də dövlət büdcəsinin sosialyönümlülüyünün təmin edilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi, bir çox mühüm sosial proqramların reallaşdırılması istiqamətində dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

2019-cu il dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərə ümumilikdə 8 milyard 265,8 milyon manat vəsait yönəldiləcək.

Büdcənin yerli xərcləri 840,8 milyon manat məbləğində proqnozlaşdırılır. Bu, 2018-ci illə müqayisədə 116,9 milyon manat çoxdur.

Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev gələn ilin büdcəsi ilə bağlı fikirlərini bildirərkən də vurğulamışır ki, 2019-cü ilin büdcəsi həm investisiyayönümlü, həm də sosialyönümlü olacaq. Bütün sosial layihələr icra ediləcək.

Eyni zamanda, dövlət kapital qoyuluşu üçün kifayət qədər vəsait də nəzərdə tutulur.

Ancaq ən vacib məsələ bu vəsaitdən səmərəli şəkildə istifadə edilməsidir. Əgər prioritetlər düzgün seçilərsə, ölkə qarşısında duran əsas məsələlərin həlli təmin edilər.

Eyni zamanda, Dövlət İnvestisiya Proqramı iqtisadiyyatın real sektoruna xidmət göstərməli, eyni zamanda, bu günə qədər öz həllini tapmayan infrastruktur layihələrinin icrasına da istiqamətləndirilməlidir.

Əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Bütün bunlar isə verilən vədlərin uğurla reallaşması nəticəsində baş tutub.

Dövlət başçısının söylədiyi kimi, son 15 il ərzində bir dənə də yerinə yetirilməyən vəd yoxdur. Bu günün reallıqları onu göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər