“XİN-də ciddi xaos yaşanır, İspaniyadakı səfir geri çağırılmalıdır” – Açıqlama

“XİN-də ciddi xaos yaşanır, İspaniyadakı səfir geri çağırılmalıdır” – Açıqlama
















Xəbər verdiyimiz kimi 15 noyabr tarixində ölkə başçısının sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tutduğu vəzifədən azad edilib. Onu vəzifədən azad edilməsi ilə bağlı isə müzakirələr səngimək bilmir.

Söyləntilərə görə onun vəzifədən çıxarılmasına İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçirilən beynəlxalq konfransa qatılarkən 2 tonluq şərab yükü və orada deputatlarla yaşadığı dava-dalaş səbəb olub.

Eyni zamanda Abel Məhərrəmovun İspaniyada səfir olan oğlu Anar Məhərrəmovun adı da şərab biznesində hallanır. Belə olan təqdirdə İspaniyadakı səfir geri çağırıla bilərmi?

Bununla bağlı Bizimyol.info-ya danışan politoloq Elxan Şahinoğlu bildirib ki, xarici ölkələrdə səfirlik fəaliyyəti ilə deyil, şəxsi bizneslə məşğul olan səfirlər dərhal geri çağırılmalı və vəzifəsindən azad edilməlidir:

“Səfirin vəzifəsi ölkənin səlahiyyətli nümayəndəsi olaraq həmin ölkəni təmsil etməlidir. Çalışdığı ölkədə dövlətinin haqqlarını müdafiə etməlidir. Çox təəssüflər olsun ki, bəzi səfirlərimiz paralel işlərlə də məşğuldur. Onlar varlanmaqla, restoran biznesi ilə, şərab biznesi ilə məşğuldular.

Belçikada bir yüksək vəzifəli diplomat çalışırdı. O, Xarici İşlər Nazirliyində çalışan yüksək rütbəli atasına güvənərək bir neçə restoran açmışdı. Belə adamlar ölkəsinin maraqlarından daha çox şəxsi biznesi düşünürlər. Eləcə də İspaniyadakı səfirimiz. Şərab biznesi ilə məşğul olması ilə bağlı məlumatlar yayımlanır, bunlara aydınlıq gətirilməlidir. Atası məhz buna görə işdən çıxarıldı. Özü də bu məsələyə görə geri çağırılıb, işdən çıxarılmalıdır. Səfirin nə ixtiyarı var ki, bu cür bizneslərlə məşğul olsun.

Bu cür bizneslə səfirlərin satqınlığına da gətirib çıxarda bilər. Məsələn, Azərbaycanda kəşfiyyat işini genişləndirmək istəyən ölkə həmin səfirlərə şərait yaradır biznes qurması və genişləndirməsi üçün. Bir gün isə onu şantaj etməy başlayırlar, səfir də şantaja qurban gedərək həmin ölkənin kəşfiyyatına işləməyə başlayar.

Ümumiyyətlə XİN bir komissiya yaratmalıdır, səfirlərin fəaliyyəti, səfirlikdə çalışan diplomatların fəaliyyəti araşdırılmalıdır. Ukraynada səfirlərin olayı buna bariz nümunədir. Belə çıxır ki, Xarici İşlər Nazirliyində ciddi xaos yaşanır”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər