Tovuzda iki kişinin yolun ortasında yatması böyük tıxaca səbəb olub – FOTO

Tovuzda iki kişinin yolun ortasında yatması böyük tıxaca səbəb olub – FOTO















Tovuz rayon “Avtovağzal”ı yaxınlığında, nəqliyyatın sıx hərəkətdə olduğu avtomobil yolunda bir müddət böyük tıxac yaranıb.

“Report”un Qərb bürosunun məlumatına görə, buna şəxsiyyətləri hələ ki, məlum olmayan iki orta yaşlı kişinin sərxoş vəziyyətdə yolun ortasında yatmaları səbəb olub.

Bəzi avtomobil sürücüləri nəqliyyat vasitələrini saxlayaraq onları oradan çətinliklə uzaqlaşdırmağa çalışıblar. Vətəndaşlar tərəfindən yol kənarına gətirilən sərxoş şəxslər yenidən yola çıxaraq qəza şəraiti yaradıblar. Əraziyə “təcili tibbi yardım” briqadası çağırılıb. Hər iki şəxsə sakitləşdirici vurulduqdan sonra onlar xəstəxanaya aparılıb. Hazırda onların hər ikisinin vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tovuzda iki kişinin yolun ortasında yatması böyük tıxaca səbəb olub – FOTOTovuzda iki kişinin yolun ortasında yatması böyük tıxaca səbəb olub – FOTOTovuzda iki kişinin yolun ortasında yatması böyük tıxaca səbəb olub – FOTOTovuzda iki kişinin yolun ortasında yatması böyük tıxaca səbəb olub – FOTOTovuzda iki kişinin yolun ortasında yatması böyük tıxaca səbəb olub – FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər