"Paşinyanın ağlı olsa, Qarabağa icazəsiz getməzdi" — Şuşanın icra başçısı

"Paşinyanın ağlı olsa, Qarabağa icazəsiz getməzdi" — Şuşanın icra başçısı














Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Nikol Paşinyanın işğal altında olan Azərbaycan ərazilərinə etdiyi qanunsuz səfərlərdən danışıb.
B.Səfərov "Ölkə.Az"-a açıqlamasında bildirib ki, Paşinyanın ağılı yoxdur:

"Əgər onun asğılı olsaydı, Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan getməzdi. Onun bu səfəri qanunsuzdur. Paşinyan bunu qarşıdan gələn seçkilərdə qalib gəlməsi üçün edir. Bu cür addımlarla o Ermənistan daxilində diqqəti cəlb etmək istəyir".
"Qarabağ" İctimai Komitəsi tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi tələbilə noyavrın 24-də keçirilməsi planlaşdırılan mitinqin təxirə salınması məsələsinə də toxunan İcma rəhbəri qeyd edib ki, bu cür addımlar hələlik Azərbaycan dövlətinin apardığı siyasətə zərər vurur:

"İndi Bakı şəhər İcra Hakimiyyətinin onların müraciətinə nə üçün icazə verməməsini deyə bilmərəm. Ancaq mən hesab edirəm ki, bizim ölkədə bu cür mitinqlər etməyə ehtiyac yoxdur".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər