Azərbaycana qeyri-adi üsulla narkotik keçirilməsi cəhdinin qarşısı alındı

Azərbaycana qeyri-adi üsulla narkotik keçirilməsi cəhdinin qarşısı alındı














Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri Astara rayonu Şahağacı kəndi istiqamətində İran İslam Respublikasından Azərbaycana doğru hərəkət etməklə sərhəd sularımıza daxil olan hədəf aşkar edib.

DSX-nın mətbuat mərkəzindən verilən məlumata görə, hadisə noyabrın 4-də, saat 15:25 radələrində qeydə alınıb.

Həmin üzmə vasitəsi qısa müddət ərzində ərazidə dayanıb və İran sularına doğru geri üzüb.

Qeyd olunan koordinatlar dərhal sərhəd gözətçi gəmisi tərəfindən nəzarə­tə götürülüb. Noyabrın 5-də həmin ərazidə balıq ovu məqsədilə qayıqla dənizə çıxan Astara rayonu Şahağacı sakinləri – 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Dadaş oğlu və 1994-cü il təvəllüdlü Feyruzzadə Elzamin Rafiq oğlu özlərini şübhəli apardıqları üçün sərhəd gözətçi gəmisi tərəfindən saxlanılıb, qayığın dayandığı koordinat­lar­da suya keçirilən baxış zamanı üç ədəd bağlamada ümumi çəkisi 2 kq 420 qr olan narkotik vasitə aşkarlanaraq götürülüb.

Baş vermiş hadisə ilə bağlı DSX-nin İstintaq-Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci, 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər