Əli Hüseynov vicdanla, şərəflə, ləyaqətlə öz işini görür

Əli Hüseynov vicdanla, şərəflə, ləyaqətlə öz işini görür













P.S. Bəzi media qurumları şikayət ediblər ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Əli Hüseynovu tərifləyirlər...Həmin media qurumlarına çatdırırq ki, Biz Gedib gördüklərimizi yazırıq...


Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.

Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.

Əlinə qələm alan, sayt açan, jurnalist adını daşıyan hər bir kəs bilməlidir ki, Haqq yolunu azmaqla haqqa çatmaq olmaz.


Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, üzü ağ çıxıb, işində yorulmaz rəhbər, nümunəvi baş həkim müavinidir. Bu şəxs kimidir? Bu şəxs Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini, YAP-ın sədri Əli Hüseynovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir baş həkim müavinidir Əli Hüseynov. Bu insan, O qədər məsuliyyətli və diqqətçildirki, işinin çətinliyindən asılı olmayaraq, əlindən gələni əsirgəmir.

Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini, YAP-ın sədri Əli Hüseynov haqqında mətbuatda gedən yazılar mahiyyət etibarı ilə böhtan və yalandan başqa bir şey deyil.

Son zamanlar Əli Hüseynov ilə bağlı bəzi KİV-lərdə müxtəlif yazılar yerləşdirilməkdədir


Bizim işimiz kimin nəyi necə yazmasında deyil. Təbii ki, Azərbaycanda mətbuat azaddır və yazdıqlarında sərbəstdir. Yəni nəyi istəsə yaza bilər. Amma burada vacib olan daha bir əsas MƏQAM da VAR: Jurnalist var olan NƏyi yazmaqda sərbəstdir, var olmayanı uydurmaq kimi AZADLIĞA malik deyil.

Elə bu baxımdan Əli Hüseynov haqqında yazılanları nə mətbuat azadlığına sığışdırmaq olur, nə də jurnalist dəyərlərinə.

"Ağsuda övladına əlillik ala bilməyən ailə çıxış yolu intihardır" deyən özlərini gündəmə gətirən bəzi jurnalistlər öz peşəsinə hörmət qoymayanlardır.

Təbii ki, Azərbaycanda istənilən bir məmurun, vəzifəli şəxslərin nöqsanları yetərincədir. Və zaman-zaman da bu nöqsanlara qarşı normalda yanlışların müəllifləri belə mübarizə aparırlar, aparmalıdırlar. Yəni hansısa vəzifədə olan şəxsin özü də maraqlı olmalıdır ki, məsələn, müxtəlif səbəblərdən narazı saldığı bir ünvandan xəbərdar olsun. Bəlkə də xəbəri olmayıb və bu baxımdan mətbuatın xidməti dəyərlidir.


Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır.

Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.

Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin sonsuz qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Ölkənin dinamik iqtisadi inkişafı demoqrafik və tibbi statistik göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur. Son 10 il ərzində ölüm göstəricisi azalmış, doğum və bununla bərabər təbii artım göstəricisi yüksəlmişdir. Bu göstəricilərə görə Azərbaycan Avropa ölkələri sırasında öndə gedir.

Bunlarla bərabər, əsas həyati vacib dərman preparatlarının bütün əhali qrupları üçün fiziki və iqtisadi cəhətdən əlçatan olmasının, həmçinin dərman preparatlarının keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların vahid qeydiyyat sisteminin yaradılması üçün zəruri tədbirlər görüləcəkdir. Dərman bazarına lisenziyalaşmamış və aşağı keyfiyyətli dərman preparatlarının daxil olmasının qarşısının alınması istiqamətində əməli addımlar atılacaqdır.

Kənd yerlərində işləyən həkim və orta tibb işçiləri üçün uyğun həyat şəraitinin yaradılması üzrə müvafiq işlər görüləcək və təşviqləndirici maddi təminat mexanizmləri müəyyənləşdiriləcəkdir.
Bunlar dövlətimizin başçısı tərəfindən əhalinin sağlamlığının daha etibarlı qorunması naminə müəyyən etdiyi vəzifələrdir. Şübhə yoxdur ki, Azərbaycanın dinamik iqtisadi inkişafı səhiyyə işçilərinə bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə imkan yaradacaqdır.

Ağsu rayonunda, sakinlər arasında keçirdiyi sorğu nəticəsində əhalinin, Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Şəhrəbanı Məlikova və müavini Əli Hüseynov haqqındakı fikirləri bir mənalı olaraq müsbətdir. Onlar bu xəstəxanada hər bir işin öz qaydasında olduğunu bildirdilər. Xəstəxanada xəstələrə çox yaxşı münasibət göstərirlər və deyilənlərin yalan, böhtan oluqlarını qeyd etdilər. Və dedilər ki, kiminsə ağlında əlavə sual varsa gəlsinlər burdakı hər bir şəraiti, işçilərə və xəstələrlə davranışları görsünlər sonra yazsınlar. Ağsu Rayon Mərkəzi Xəstəxanası 195 çarpayıdan ibarətdir və burada 7 şöbə, həmçinin mamaginekoloji, terapiya, infeksion və poliklinika şöbələri fəaliyyət göstərir. İmkansız xəstələr qanunla nəzərdə tutulmuş şəkildə pulsus dərmanlarlada təmin olunur. Hazırda rayonda 15 həkim məntəqəsi və 19 tibb məntəqəsi də əhaliyə tibbi xidmət verməkdədir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər