Acun kənd uşaqlarına verdiyi sözə əməl edir — VİDEO

Acun kənd uşaqlarına verdiyi sözə əməl edir — VİDEO














Acun İlıcalı Diyarbəkirdə “O Səs Türkiyə” müsabiqəsini kənd şəraitinə uyğunlaşdıran şagirdləri İstanbula gətirir.
Kənd uşaqları ilk dəfə təyyarəyə minəcək və dənizi görəcəklər.

Diyarbəkirin Bağlar rayonunun Yemişalan kəndindəki uşaqlar daşlıq ərazidə toplaşaraq “O səs Türkiyə” müsabiqəsini təqlid ediblər. Görüntüləri görən Acun hərəkətə keçib və 50 şagirdlə müəllimləri İstanbula gətirir. Uşaqların ailələri ilə razılaşmadan sonra 50 şagirdin 10 müəllimin nəzarəti altında İstanbula gətirilməsinə qərar verilib. Uşaqlar bu gün İstanbula uçacaqlar və 2 gün gəzintidə olacaqlar.

7-ci sinif şagirdi Ebru Ceylan deyib: “Həyəcandan iki gündür yatmırıq. İlk dəfə təyyarəyə minəcək və dənizi görəcəyik. Bu səbəbdən çox sevinirik”.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər