Bakıda piyada səkilərini zəbt edən avtomobillərlə bağlı – VİDEO

Bakıda piyada səkilərini zəbt edən avtomobillərlə bağlı – VİDEO













Bakı şəhərində avtomobillərin piyada səkilərini zəbt etməsi adi hala çevrilib.

“Report”un əməkdaşının paytaxtın müxtəlif yerlərində apardığı müşahidələr bu problemin hələ də həll olunmadığını göstərir.

Bakının Səbail və Nəsimi rayonlarında piyada səkilərində avtomobillərin saxlanılmasına daha çox rast gəlinir. Gecə saatlarında xüsusən restoranlara gələnlər nəzarətin olmamasından istifadə edərək Nizami küçəsində və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının qarşısında piyadalar üçün nəzərdə tutulan səkilərdə avtomobillərini park edirlər.

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı “Report”a açıqlama verərək bildirib ki, BNA sərkilərdə qanunsuz saxlayan avtomobillərin qeydiyyatını aparır.

Onun sözlərinə görə, son 3 ildə şəhər yollarında hərəkətə maneə yaradan hallarla bağlı aparılan kompleks təhlilər də onu göstərir ki, Bakı şəhərində tıxaca səbəb olan başlıca amil bəzi sürücülərin dayanma və durma qaydalarına əməl etməməsidir: “Bir çox hallarda nəqliyyat vasitələrinin səkillərin üzərində park edilməsinin də şahidi oluruq və bu da piyadaların təhlükəsiz hərəkətinin təşkili baxımından cidid problemlər yaradır. Bakı Nəqliyyat Agentliyi mövcud vəziyyət və çatışmazlıqların aradan qaldırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirib. Lakin bu cür qayda pozan sürücülərə daha təsirli tədbirlərin görülməsi, onlar barəsində inzibati tənbeh tədbirlərin görülməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərinə aid məsələ deyildi”.

Xatırladaq ki, Prezident İlham Əliyev 6 iyul 2018-ci il tarixində Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Sənədə əsasən, Bakı Nəqliyyat Agentliyi dayanma və ya durma qaydaları pozulmaqla tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş nəqliyyat vasitələrinin mühafizə edilən duracağa aparılması (təxliyə) xidmətini təşkil edir və həmin nəqliyyat vasitələri sürücülərinin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür, habelə təxliyə xidmətinin həyata keçirilməsinə nəzarət edir.

Mais Ağayev vurğulayıb ki, BNA, əsasən, sürücülərin yol hərəkəti qaydalarına ciddi riayət etmələri üçün maarifləndirmə tədbirləri həyata keçirirdi: “Bununla əlaqədar müxtəlif video çarxlar, çap meratialları hazırlanıb. Yerlərdə sürücülərlə maarifləndirici söhbətlər keçirilib. Bu kimi çatışmazlıqlarla daha təsirli mübarizə aparılması və səmərəli nəticələr əldə edilməsi üçün cənab Prezidentin 6 İyul 2018-ci il tarixli fərmanı ilə Bakı Nəqliyyat Agentliyinə əlavə səlahiyyətlər verilib. Bu fərmanla nəzərdə tutulan səlahiyyətlərin icrasına başlamaq üçün müvafiq işlər görülür. Bəzi istiqamətlərdə işlər, demək olar ki, yekunlaşıb. Artıq müxtəlif küçə və prospektlərdə Qanunsuz Parklanmaya Qarşı Nəzarət Kameraları yoxlanılaraq tam işlək vəziyyətə gətirilib. Bu kameralar vasitəsi ilə artıq dayanma və durma qaydalarına zidd olaraq saxlanılan nəqliyyat vasitələrinin qeydiyyatı aparılır”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər