Polkovnik leytenant Qulu Əsədov rəhbərliyin sadiq adamlarındandır - ÖZƏL

Polkovnik leytenant Qulu Əsədov rəhbərliyin sadiq adamlarındandır - ÖZƏL


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon İdarəsinin rəisi polkovnik leytenant Qulu Əsədov - 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bu şanlı qələbə hər kəsi sevindirdi. Lakin bizi qarşıda ciddi problemlər gözləyirdi. Bəli, torpaqlarımız qaytarılmışdı, amma dədə-baba yurdumuzdan tikili bir ev, əkili bir ağac belə qalmamışdı. Televiziyadan, sosial şəbəkələrdən gördüyümüz Qarabağın müxtəlif bölgələri haqda olan video-çarxlar qəlbimizi ağrıdırdı. Hər tərəf yerlə yeksan olunmuş, azğın düşmən məscidlərə, dini ocaqlara, qəbirlərə belə mərhəmət etməmişdi. Erməni vandalizmi hər addımbaşı görünürdü, onlar bütün izlərimizi silməyə çalışmışdılar. İşğaldan azad edilən ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdisə, 2020-ci ildə bu göstərici 174 min hektar idi. Demək ki, 54 min hektar meşə fondu məhv edilmişdi. Ekologiyamıza ciddi zərər vurulmuşdu. Xalq isə bu məsələdə də prezidentinə güvənirdi. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağın dirçəldilməsi sözünü vermişdi. Tarixi qələbədən qısa müddət sonra Prezident özü şəxsən Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla və s. səfərlər etdi. Bu səfərlər tarixi əhəmiyyət daşıyırdı. İlham Əliyev Qarabağın müxtəlif bölgələrinə etdiyi səfərlərində doğma yurda-Qarabağa çəkiləcək yolların əsasını qoyur, regionda ediləcək bərpa işləri ilə tanış olur, göstərişlər verirdi. Qələbəmizin üstündən 7-8 ay keçib, amma artıq edilən dəyişikliklər heyrət doğurur. Qarabağa həyat qayıdır. Məscidlərimiz, muzeylərimiz, körpülərimiz yenidən qurulur. Hələ də ərazilərimizin böyük qismi ANAMA əməkdaşları tərəfindən təmizlənir. Təbii ki, torpaqlarımızın tam bərpası üçün böyük bir vaxt lazımdır. Amma buna baxmayaraq Qarabağdakı işlər çox sürətlə irəliləyir. Hətta Zəngilanda "Ağıllı kənd"in inşasına başlanılıb. Artıq evlərin damı da qurulub.

Qarabağın çiçəklənməsi üçün hər kəs can-başla çalışır. Xalq səbrsizliklə o torpaqlarda məskunlaşmağı gözləyir.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon İdarəsinin rəisi polkovnik leytenant Qulu Əsədovdur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon İdarəsinin rəisi polkovnik leytenant Qulu Əsədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Qulu Əsədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Qulu Əsədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Qulu Əsədovdan danışdılar yaxşı ki, Qulu Əsədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon İdarəsinin rəisi təyin olunub… Qulu Əsədov öz isguzarlığı ilə tanınır və seçilir….

Qulu Əsədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Qulu Əsədovu heç vaxt əqidəsindən döndərə bilməz.

Qulu Əsədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Qulu Əsədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Qulu Əsədov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Qulu Əsədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Qulu Əsədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Qulu Əsədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon İdarəsinin rəisi polkovnik leytenantı çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Qulu Əsədov özünü doğruldub. Bizdə hörmətli Qulu Əsədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər