Taleh Qaraşov Cənab Prezident İlham Əliyevin tapşırıqlarını şərəflə yerinə yetirib - ÖZƏL

Taleh Qaraşov Cənab Prezident İlham Əliyevin  tapşırıqlarını şərəflə yerinə yetirib - ÖZƏL


İcra başçısı yeni ildə ilk səyyar qəbulunu keçirib

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 2020-ci ildə ilk səyyar qəbul görüşünü yanvarın 9-da rayonun Şıxakəran kəndində keçirib. Şəhər İcra hakimiyyəti başçısı aparatının rəsmi şəxslərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələrinin rəhbər işçilərinin iştirakı ilə keçən səyyar qəbulu sakinlər məmnunluqla qarşılayıblar. Qəbul zamanı vətəndaşların müraciətləri həssaslıqla dinlənilərək səsləndirdikləri məsələlər aidiyyəti qurumların rəsmilərinin iştirakı ilə yerindəcə araşdırılıb və həlli ilə bağlı tədbirlər görulub. Qəbul zamanı vətəndaşlar əvvəlki müraciətləri zamanı qaldırdıqları məsələlərin vaxtında həll olunmasına, kəndə içməli su xəttinin çəkilməsinə, mərkəzi yolun başdanbaşa asfaltlanmasına, kəndin fasiləsiz təbii qaz və elektrik enerjisi ilə təchizatına, xüsusilə ilə qəzalı vəziyyətdə olan Şıxəkəran kənd tam orta məktəbi üçün ən müasir tələblərə cavab verən yeni yaraşıqlı çoxmərtəbəli məktəb binasının tikilməsinə, intensiv yağışlar zamanı subasmaya məruz qalan ərazilərdə kanal və kollektorların təmizlənməsinə görə ölkə rəhbərliyinin ünvanına minnətdarlıq ifadə ediblər. Çıxışlarda rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər, mədəni quruculuq tədbirləri, sahibkarlığın inkişafına verilən dəstək, xüsusilə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib.Qeyd olunub ki, ötən təsərrüfat ilində kənd sakinləri aqrar sahədə uğurlu nəticələr qazanıblar, fərdi təsərrüfatlarda əkin sahələri genişləndirilib, iribuynuzlu və xırda buynuzlu malqaranın sayı əvvəlki illərə nisbətən artıb. Nəticədə ailə təsərrüfatlarının gəlirləri çoxalıb.Görüşün sonunda İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı tövsiyyə və tapşırıqlarını bir daha aidiyyəti qurumların rəhbərlərinin diqqətinə çatdırıb.



Taleh Qaraşov Cənab Prezident İlham Əliyevin  tapşırıqlarını şərəflə yerinə yetirib - ÖZƏL
Taleh Qaraşov Cənab Prezident İlham Əliyevin  tapşırıqlarını şərəflə yerinə yetirib - ÖZƏL



İstər regional, istərsə də dünya miqyasında müsair Azərbaycanı xarakterizə edən əsas göstəricilərdən biri yüksək dinamizmə əsaslanan modern inkişafdır. Kompleks xarakterə malik bu inkişaf qısa zaman kəsiyində Azərbaycanın kifayət qədər böyük nailiyyətlərə imza atmasına, beynəlxalq geosiyasi və geoiqtisadi məkanda ən güclü müstəqil subyektlərdən birinə çevrilməsinə gətirib çıxarmışdır. Ölkənin dinamik tərəqqisini şərtləndirən məqsədyönlü siyasət yeni minillikdə dünyanın iqtisadi tarixinə inkişafın Azərbaycan modeli anlayışının daxil edilməsi ilə nəticələnib. Artıq bu modelin xarakterik xüsusiyyətləri, spesifik, özünəxas cəhətləri dünyanın araşdırma mərkəzləri, tədqiqat institutları tərəfindən ətraflı öyrənilməkdə, tədqiq olunmaqdadır.
Taleh Qaraşov Cənab Prezident İlham Əliyevin  tapşırıqlarını şərəflə yerinə yetirib - ÖZƏL


Bu gün icra başçısı Taleh Qaraşovun böyük əməyi nəticəsində Lənkəran öz inkişafının elə bir tarixi məqamına gəlib çatıb ki, bu qədim şəhərə yolu düşən hər kəsi heyran qoyur. İstər paytaxt sakinləri, istər Azərbaycanın ayrı-ayrı bölgələrinin əhalisi, istərsə də xarici qonaqlar ölkəmizin ürəyi və beyni olan bu şəhərin son illər ərzində nə qədər böyük bir sürətlə inkişaf etdiyinin şahidi olurlar. Bu, Azərbaycanın hər bir vətəndaşında özünün şəhəri ilə bağlı qürur hissi oyadır.

Taleh Qaraşov Cənab Prezident İlham Əliyevin  tapşırıqlarını şərəflə yerinə yetirib - ÖZƏL


Bu günlər ölkənin internet mediasında, Lənkəran rayonun icra aparatı işçiləri və rəhbəri ilə bağlı qərəzli-xöşagəlməz məlumatlar yer alır. Bildirək ki, bir necə il bundan əvvəl Lənkəran rayonunda yaşayan əhali sosial sıxıntılar məngənəsində əziyyət çəkəndə heç kəs bu haqda bir kəlmədə olsa yazmırdı. Amma öz işgüzarlığı həmişə öndə olan Taleh Qaraşov adıçəkilən rayona rəhbər gətərildiyi vaxtdan rayonda hərc-mərclik yaratmaq istəyənlərin hədəfinə çevrildi. Amma çox çəkmədi o şəxslərə də yerini göstərdi öz islahatlarılya cənab Qaraşov…

Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilən Taleh Qaraşovun bir neçə vaxdır ki, radikal müxalifətçiliklə məşğul olan mənfur şəxslərin hədəfinə çevrilməsi istəyi boşa çıxdı. Və həmin şəxslər, həmişə xeyirxahlığı və kişiliyi ilə seçilən Taleh Qaraşova qarayaxma və böhtan xarakterli yazılarla onun imicinə xələl gətirmək amacına nail olmaq üçün əllərindən gələni etməyəkləri gülüş doğururdu. Bu səbəbdən də mediada onun haqqında böhtan xarakterli məlumatlar dərc edilir. Onlara qarşı Qara-Piar yaratmağa çalışılırdı. Ancaq bu şəxslər birdəfəlik bilməlidirlər ki, Taleh Qaraşov dövlət quluğunda şərəflə çalışır. Prezidentinə və xalqına layiqli olmaqla yanaşı öz həyatlarını şərəfli işlərə həsr edirlər. Xülasə kimin kim olmağını hər kəs yaxşı bilir.

Özünü tanımayanlar, millətini sevməyənlər, ailəsinə hörmət etməyənlər bilməlidirlər ki, “kişilərin karvanı keçən yerə …. çox olar” deyib atalar. O, kişilər ki, yaxşıya, kimsəsizə, dostluğa, vətəninə sahib çıxıb, bir ömür sadiq olanlardı- desək yanılmarıq. Öz xeyirxahlığı ilə həmişə bu kişilər içində olan Taleh Qaraşova bir görəv verilib. O, görəv ki, ölkə başçısı ona çox inanır və onun sadiqliyinə tam əmindir. Onun üçündə “yel qayadan nə aparar ki…”

Taleh Qaraşov Cənab Prezident İlham Əliyevin  tapşırıqlarını şərəflə yerinə yetirib - ÖZƏL


Bu, doğrudan da belədir. Şəhər günü-gündən gözəlləşir, hər yanda yenidənqurma, tikinti-abadlıq işləri görülür. Yeni parklar, xiyabanlar, yaxud köhnə parklar o qədər zövq və mədəniyyətlə yenidən qurulur ki, iki göz istəyir tamaşasına dursun. Baxın, bir tərəfdən Lənkərandakı tarixi binalar zahiri cəhətdən gözəlləşdirilir, bu sahədə nəhəng işlər görülür. Şəhər məhəllə-məhəllə, küçə-küçə yenidən qurulur, görülən işlər göz oxşayır. Bu işlər indinin özündə də davam etdirilir. Lənkəran şəhərində vəziyyət çox dəyişib. İnsanların illərdən bəri gözlədiklərini hazırkı icra başçısı Taleh Qaraşov bir-bir yerinə yetirməkdədir. Bunun üçün şəhər sakinləriylə söhbətləşmək də kifayətdir ki, icra başçısına, görülən işlərə hansı qiymət verildiyini müəyyənləşdirmək mümkün olsun.
Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah hazılının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayah hədd yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.


Taleh Qaraşov Cənab Prezident İlham Əliyevin  tapşırıqlarını şərəflə yerinə yetirib - ÖZƏLTaleh Qaraşov Cənab Prezident İlham Əliyevin  tapşırıqlarını şərəflə yerinə yetirib - ÖZƏLTaleh Qaraşov Cənab Prezident İlham Əliyevin  tapşırıqlarını şərəflə yerinə yetirib - ÖZƏLБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər