Mbappe 14 dəqiqə ərzində 4 qol vurub

Mbappe 14 dəqiqə ərzində 4 qol vurub















Futbol üzrə Fransa çempionatının 9-cu turunda PSJ öz meydanında “Lion”u qəbul edib.

“Report” xəbər verir ki, Parisin “Park de Prens” stadionunda keçirilən görüş ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın heyətində qollardan dördünü Kilian Mbappe vurub. O, 14 dəqiqə ərzində (61, 66, 69 və 74) poker edib. Komandanın daha bir qoluna isə braziliyalı forvard Neymar imza atıb.

Beləliklə, PSJ I Liqada ardıcıl 9-cu qələbəsini qazanıb, “Lion”nun isə dörd oyunluq məğlubiyyətsizlik seriyası (2 qələbə, 2 heç-heçə) başa çatıb.

PSJ hazırda 27 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb, “Lion” isə 14 xalla 6-cıdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər