Generalın adından istifadə edən qadınla bağlı – Qərar

Generalın adından istifadə edən qadınla bağlı – Qərar















Bakıda özünü generalın qohumu kimi təqdim edərək vətəndaşların külli miqdarda pul və qızıllarını ələ keçirməkdə ittiham olunan Mazbura Əliyeva barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda stintaq orqanının təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan qapalı iclasda müstəntiqin təqdimatı təmin olunub və Mazbura Əliyeva barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu il sentyabrın 26-da Nərimanov rayon Polis İdarəsi və 17-ci polis bölməsi əməkdaşları tərəfindən Mazbura Əliyeva tutulub.

Məlum olub ki, o, Vüqar Bəkirov, Zəminə Məhərrəmova, Aygün Kərimova, Elmira Məmmədova, Yeganə Tatanova, Atlas Əsədova və bir çox şəxsləri aldadıb.

Mazbura Əliyevanın zərərçəkmişlərə vurduğu ziyan 700 min manatdan çoxdur.

O, Əliyeva zərərçəkmişlərə özünü məşhur generallardan birinin yaxın qohumu kimi təqdim edib.

Mazbura Əliyeva paytaxtda lombard işi ilə məşğul olub. O, zərərçəkmişləri lombarda cəlb etməklə onların qızıllarını və pullarını ələ keçirdiyi qeyd olunur.

Məlumata görə, Mazbura Əliyeva zərərçəkmişlərdən biri Vüqar Bəkirova generalın vasitəsi ilə lombard sahəsində biznesini genişləndirəcəyini deyib.

Vüqar Bəkirov da ona inanıb və birlikdə lombard açmaq barədə razılaşıb.

Bu səbəbdən Vüqar Bəkirov Mazbura Əliyevaya qiyməti 500 min manatdan çox olan 35 ədəd iki karatlıq brilliant dəsti verib.

O, həmçinin qadına iş qurmaq üçün xeyli miqdarda pul da verib.

İstintaq orqanı tərəfindən Mazbura Əliyevanın barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham elan edilib.

Hazırda Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsində istintaq hərəkətləri davam edir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər