Azərbaycan və Türkiyənin ticarətdə milli valyutaya keçməsi üçün danışıqlar aparılır

 Azərbaycan və Türkiyənin ticarətdə milli valyutaya keçməsi üçün danışıqlar aparılır















Türkiyə və Azərbaycanın ticarətdə milli valyutaya keçməsi üçün danışıqlar aparılır.

Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfirin sözlərinə görə, ticarətdə milli valyutaya keçid üçün bir müddət əvvəl başlanılan müzakirələr hazırda davam edir: “Hazırda müzakirələr aparılır. Qarşılıqlı ticarətdə milli valyutanın nə zamandan tətbiq ediləcəyi isə hələ konkret bəlli deyil”.

E.Özoral əlavə edib ki, bütün məsələlər razılaşdırıldıqdan sonra ticarətdə hesablaşmalar türk lirəsi və Azərbaycan manatı ilə aparılacaq.

Qeyd edək ki, Türkiyə Rusiya, Belarus və Çinlə də ticarətdə milli valyuta ilə hesablaşmalara keçmək niyyətindədir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər