Avropa ölkələrindən İsrailə sərt xəbərdarlıq

Avropa ölkələrindən İsrailə sərt xəbərdarlıq














Fransa, Almaniya, İtaliya və Böyük Britaniya Xan əl-Ahmar qəsəbəsindəki evlərin uçurulmasının ağır nəticələr verəcəyi ilə bağlı İsrailə xəbərdarlıq ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə sözügedən ölkələrin birgə bəyanatında deyilir.

Ölü dənizə gedən yol Qüds şəhəri yaxınlığında yerləşən Xan əl-Ahmar qəsəbəsindən keçir.

İsrail bu qəsəbədəki evlərin qanunsuz tikildiyini əsas gətirirək onların uçurulacağını bəyan edib. Orada yaşayan 200 ərəb isə məcburən köçürüləcək.

Fransa, Almaniya, İtaliya və Böyük Britaniya İsrail hökumətinə müraciət edərək qəsəbənin məhvi plalının icrasından çəkinməyə çağırıblar. Müraciətdə qeyd olunur ki, bu addımın nəticələri çox ağır olacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər