Polis forması geyindi, vətəndaşın pulunu ələ keçirdi — TƏFƏRRÜAT

Polis forması geyindi, vətəndaşın pulunu ələ keçirdi — TƏFƏRRÜAT















Özünü polis kimi təqdim edərək vətəndaşın pulunu dələduzluq yolu ilə mənimsəyən şəxs Ali Məhkəməyə müraciət edib.
Cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunan Şükürov Rövşən Camal oğlunun məhkəmə prosesinə hakim İmran Hacıqayıbov sədrlik edir.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Şükürov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzanın yüngülləşdirilməsi üçün apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun icraatında olan prosesdə V Şükürovun şikayəti təmin edilməyib və hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
2017-ci ilin aprel ayında vətəndaş Asif Əsədullazadə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) müraciət edərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən Rövşən adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq külli miqdarda pulunun mənimsənildiyini bildirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş Sabirabad rayon sakini Rövşən Şükürov saxlanılıb. Onun yaşadığı evdən hüquq-mühafizə orqanlarına məxsus xüsusi geyim forması və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılıb.


Polis forması geyindi, vətəndaşın pulunu ələ keçirdi — TƏFƏRRÜAT
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər