Mehdi Səlimzadə: XIII Nar festivalında minlərlə insan iştirak edib

Mehdi Səlimzadə: XIII Nar festivalında minlərlə insan iştirak edib











P.S. Builki Nar festivalında iştirak edənlər arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları da var.
Festival iştirakçıları günboyu nar məhsullarının sərgi-yarmarkasına baxacaq, rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirində çıxış edəcəklər. Tədbir zamanı nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar keçiriləcək. Qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanacaq nar şirəsinin, nar şərabının, nardançanın, gilələnən narın dadına baxacaq, ən böyük nar nümayiş olunacaq.
Noyabrın 4-də isə Heydər Əliyev parkında nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunacaq, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdiriləcək.
Turistlər rahat nəqliyyat vasitələri ilə Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olacaq, bayram tədbirinə qatılacaq, satış-yarmarkalarında nar məhsullarının dadına baxmaq və onları almaq imkanı qazanacaqlar.


Azərbaycan iqtisadiyyatının güclənməsi, eyni zamanda ölkə başçısının respublikanın hər bir ərazisinin abadlaşmasına yaxından göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Göyçay rayonu da ilbəil gözəlləşir, sürətlə inkişaf edir. Rayon ərazisindəki küçə və xiyabanların yenidən qurulması, yeni istirahət parklarının salınması, müasir tələblərə cavab verən inzibati binalar, təhsil, səhiyyə müəssisələrinin inşa edilməsi bunun bariz sübutudur. Qeyd edək ki, mədəniyyət obyektlərinin yeniləşdirilməsi də xüsusi diqqətdə saxlanılır, gənc nəslin sağlam böyüməsini təmin etmək və bu sahəyə marağı artırmaq məqsədi ilə rayon ərazisində hər cür şəraiti olan idman mərkəzi də yaradılıb.

Mehdi Səlimzadə: XIII Nar festivalında minlərlə insan iştirak edib







Görünən odur ki, rayon rəhbərliyi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub. Belə ki, Mehdi Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra bu rayonda sözün həqiqi mənasında bir sıçrayış, tərəqqi hiss olunmağa başladı. Elə ilk gündən rayonda böyük abadlıq, quruculuq işlərinə start verildi. Yollar genişləndirildi, gözəl binaların tikintisinə başlanıldı. Bu hələ görülən işlərin ilk mərhələsi idi. Regionun digər rayonları kimi, Göyçayda da yeni iş yerləri açılır, əhalinin məşğulluq səviyyəsi, sosial rifahı artır. Göyçay rayonuna kimin yolu düşürsə, sözün əsl mənasında, burada gördüklərinə heyran olur. Çünki rayon mərkəzi gündən-günə dəyişilir. Burada yeni istirahət mərkəzləri yaradılır, müasir memarlıq üslubunda tikilmiş binalar göz oxşayır. İnfrastuktur yenilənir, əhalinin məişət şəraiti yaxşılaşır, mavi yanacaq, içməli su, elektrik enerjisi sarıdan əvvəllər mövcud olan problemlər sürətlə aradan qaldırılır. Beləliklə, ölkəmizin iqtisadi qüdrətinin artması, Azərbaycanın hər bir yerində müşahidə olunan davamlı inkişaf Göyçay rayonunda da aydın hiss olunur. Rayonda əhəmiyyətli infrastruktur və sosial layihələr həyata keçirilib, geniş abadlıq-quruculuq işləri davam etdirilib, bütün istiqamətlərdə uğurlar əldə olunub, insanların rifahı daha da yaxşılaşıb.

Mehdi Səlimzadə: XIII Nar festivalında minlərlə insan iştirak edib







Rayon sakinləri də bildirirlər ki, Göyçayın Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mehdi Səlimzadənin əməyi böyükdür. O, rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır. Məhz buna görə də ölkə başçısının tapşırığı ilə Göyçayda həyata keçirilən infrastruktur layihələrin yeni mərhələsi başlayıb. Bu mərhələdə çoxmərtəbəli yaşayış evləri, park və xiyabanlar yenidən qurulur, yollar təmir edilib asfaltlanır. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Göyçayda turizmin inkişafı üçün potensial imkanlar yaradır. Göyçay rayonunun ərazisində gələcəkdə ekoturizm də inkişaf etdiriləcək. Bu da Göyçayın regionun turizm mərkəzlərindən birinə çevriləcəyini göstərir.

Mehdi Səlimzadə: XIII Nar festivalında minlərlə insan iştirak edib






Söz yox ki, əhalinin rifahının yaxşılaşdırılması, habelə onların problem və təkliflərinin öyrənilməsi məqsədi ilə vətəndaşlarla birbaşa ünsiyyət vasitəsi kimi yerlərdə qəbulların müstəsna əhəmiyyəti var. Odur ki, vətəndaşların müraciətlərində verilmiş təkliflərin heç biri Göyçay Rayon İcra Hakimiyyətinin nəzərindən qaçmır, öyrənilir və araşdırılaraq baxılır. Bir sözlə, bu məsələ Göyçay rayonunda daim diqqət mərkəzindədir. Buna görədir ki, vaxtilə iş dalınca Göyçaydan başqa yerlərə üz tutub gedənlər indi bura qayıdanda abadlığa, gözəlliyə, yeniliyə heyran olduqlarını, az qala rayonu tanımadıqlarını bildirirlər. Çünki bu gün Göyçay Mehdi Səlimzadənin rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bir sözlə, Göyçayda həyata keçirilən yenidənqurma, abadlıq və bərpa işləri uğurların miqyasını artırır. Bu isə rayon sakinlərinin Göyçay rəhbərliyi ilə birgə əməyinin bəhrəsinin gələcəkdə də çox olacağını göstərir. Şübhəsiz, həyata keçirilən işlərə baxmayaraq, rayonda həlli vacib olan məsələlər hələ çoxdur. Lakin ümid edirik ki, rayon rəhbərliyi bütün çətinliklərin öhdəsindən layiqincə gələcək və Göyçay əhalisinin sosial-rifahı daha da yaxşılaşacaq. Xülasə, ölkə başçısının tapşırıqlarına dərhal əməl edən və bu zaman nöqsana yol verməyən, üzərinə düşən işin məsuliyyətini dərk edən Mehdi Səlimzadənin gərgin əməyi nəticəsində bu gün Göyçay rayonu sürətli inkişaf baxımından digər rayonlardan heç də geri qalmır. Son aylar ərzində rayonda həm təhsil, həm səhiyyə, həm iqtisadiyyat, həm də digər sahələr üzrə ciddi nailiyyətlərə imzanın atılması bunun bariz sübutudur. Bütün bunlar həmçinin, onu göstərir ki, inamla gələcəyə, tərəqqiyə doğru irəliləyən Göyçay rayonu regionun mərkəzinə çevrilməkdədir.


Mehdi Səlimzadə: XIII Nar festivalında minlərlə insan iştirak edibБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər