Sumqayıt kənddən nə ilə fərqlənir?" - GİLEY

Sumqayıt kənddən nə ilə fərqlənir?" - GİLEY














Redaksiyamıza yazan Sumqayıt sakini Malik Həsənov yaşadığı şəhərin hazırki durumundan giley edir. Redaksiya vətəndaşın müraciətini olduğu kimi təqdim edir:

"Hörmətli redaksiya,mənim gileyim ümumi xarakterlidir,amma vacib mövzu ilə bağlıdır. Belə ki,son illər ölkənin 3-cü böyük şəhəri olan Sumqayıtda müəyyən abadlıq işləri görülsə də, yollar, mərkəzdə,görünən yerlərdə,yolların kənarında olan yaşayış binalarının fasadları dəyişdirilsə də ,bəzi binaların damları-filan təmir olunsa da 400 mindən çox əhalisi olan böyük şəhərdə uşaqların oynaması üçün meydançalar,insanların sağlam həyat tərzini sürməsi üçün ictimai,pulsuz idman meydançaları,idman qurğuları salınmır,quraşdırılmır,daha doğrusu yoxdur.Şəhərdə işsizlik böyük problem olduğundan və sakinlərin əksəriyyəti imkansız olduğundan sakinlərin əksəriyyətinin pullu idman komplekslərində idman etməyə imkanı çatmır, çoxu uşaqlarını çoxsaylı pullu və bahalı uşaq-əyləncə mərkəzlərinə apara bilmir. Sumqayıtda uşaqlar üçün bir-iki dənə meydançalar,sürüşkənlər,yelləncəklər varsa belə ya sovet dövründən qalıb,ya da keşmiş icra başçısı Eldar Əzizovun vaxtında salınıb. Bir də idman etmək üçün bəzi orta məktəblərin həyətlərində köhnədən qalma idman alətləri var ki,onlardan çox cüzi bir qism insan istifadə edir.Məlumat üçün deyim ki,2011-2014-cü illərdə şəhərin keçmiş icra başçısının vaxtında Sumqayıtda aparılan abadlıq-quruculuq işlərinə aid olan layihələrdən biri də heç olmasa şəhərdə nümunəvi məhəllə və mikrorayonların yaradılması oldu. Şəhər sakinlərinin arzuları nəzərə alınaraq, mikrorayonların abadlaşdırılması üzrə xüsusi proqram qəbul edildi.Əhalinin sıxlıq təşkil etdiyi yaşayış massivlərində – 18, 13 və 10,2, 17, 9-cu və digər mikrorayonlarda, qəsəbələrdə müvafiq infrastruktura malik belə məhəllələr yaradılaraq insanların ixtiyarına verildi. Məhəllənin girəcəyində yaraşıqlı müasir standartlara cavab verən futbol meydançaları inşa edildi .Kiçik yaşlı uşaqlar üçün də xüsusi meydançalar tikildi.Amma indi bu tikililərin yalnız xarabalıqları qalıb.Yeniləri də tikilmir.Üstəlik olanlar da sökülüb.Məsələn Heydər Parkında uşaqlar üçün pulsuz karusellər,yelləncəklər,qala və sairə qurğular,sakinlərin idman etməsi üçün idman qurğuları,müxtəlif trenajorlar var idi.Bu intenetdə çıxan videolarda da öz əksini tapıb.Amma yeni icra başçısı Zakir Fərəcov gələndən sonra Heydər Parkında sakinlərin sevimli guşəsi olan bu yer söküldü.İndi burada yalnız uşaqlar üçün pullu yelləncəklər var.Hətta adi ,primitiv, elektrik enerjisi tələb etməyən yelləncəyin belə 5 dəqiqəsi 50 qəpikdir.Yəni həm Heydər Parkında ,həm də Sumqayıt Bulvarında uşaqlar olan bütün qurğular tam pulludur və bundan yalnız müəyyən şəxslər ,park müdiriyyəti qazanır.Əlbəttə ,uşaqlar üçün atraksion-filan alıb gətirən sahibkar da qazanmalıdır,amma az da olsa sakinləri də nəzərə almaq lazımdır.Şəhərdə olan Olimpiya və Paralimpiya İdman Kompleksində hər şey pulludur və bu halda adi,çoxluq təşkil edən imkansız təbəqə bundan necə yaralanıb sağlamlığının qayğısına qala bilər,idman edə bilər?!Uşaqlar üçün,idman üçün pulsuz barmaqla sayıla biləcək yerlər var.

Hətta ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıt bulvarında belə (Nəsimi adına Dənizkənarı Mədəniyyət və İstirahət Parkı da bulvarın əsas hissələrindən birini təşkil edir) uşaqların əylənməsi üçün ,böyüklərin idman edə bilməsi üçün kiçik bir şeyi nəzərə almasaq heç bir şərait yaradılmayıb.21-ci əsrdə nə Sumqayıt Bulvarında,nə də ki,Nəsimi parkında və ya şəhərin heç bir yerində bir dənə də pulsuz "Wi-Fi" olan ərazi yoxdur. .Halbuki Bakıda belə ərazilər yetərincədir.Bəs onda sual olunur Sumqayıt kənddən nə ilə fərqlənir?!

Biz internetdən baxıb görürük ki,Avropa ölkələrində,hətta Rusiyada sakinlər üçün hər şəhərdə açıq havada pulsuz böyük idman qurğuları,uşaqlar üçün pulsuz əyləncə mərkəzləri salınır və bu gənc nəslin sağlam,normal böyüməsinə ,asudə vaxtın səmərəli keçirilməsinə imkan verir. Şəhər sakinləri də orada sərbəst şəkildə bu idman alətlərindən istifadə edirlər və bu qurğuları heç kim qırrıb-zədələmir.

Yəni orada şəhər rəhbərləri sakinlərin qayğısına qalır ki,bu da pis vərdişlərin yaranmasına mane edir.Amma Sumqayıtda binaların həyətləri ,hətta arxa tərəfləri belə qarajlarla,marketlərlə zəbt olunub.Təbii ki,bu sahələr məmurlar tərəfindən böyük pullara satılıb.Əhalinin qayğıları,problemləri isə,istəkləri isə qətiyyən nəzərə alınmayıb.Bir çox həyətlərdə görmək olur ki,uşaqlar qarajların üstünə çıxıb oynayırlar,yer olmadığından.Sovet dövründə isə sakinlərin istirahəti,uşaqların oynaması üçün böyük yerlər ayrılırdı ki,onların bəziləri indiyəcən bəzi məhəllərdə qalıb.Az qala hər il Sumqayıtın büdcəsinə milyonlarla pul ayrılır və hər halda məhəllərdə ,parklarda həm uşaqlar üçün meydançalar salmaq olar,həm də böyüklər üçün pulsuz idman qurğuları qurşadırmaq olar.Yetər ki,bunun üşün istək olsun,yetər ki, yerli rəhbərlik sumqayıtlıları istəsin,onların qayğısına qalmaq istəsin.

Ola bilsin ki,bu gileydən sonra Sumqayıt icra hakimiyyətinin rəsmiləri cavab olaraq deyəcəklər ki,”Sumqayıtda-filan-filan abadlıq işləri görülüb,bəs uşaqlar üçün,idman üçün hər cür şərait yaradılıb,yaradılır da, filan-beşməkan” ...Amma bunun belə olmamasına əmin olmaq üçün kim istəsə gəlib şəhərə baxa bilər...

Əslində bütün bunları etmək icra hakimiyyətinin borcudur..."

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər