Ağababa Kəlbiyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! - ÖZƏL

Ağababa Kəlbiyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! - ÖZƏL










Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Lənkəran şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Ağababa Kəlbiyevdir.

Ağababa Kəlbiyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Ağababa Kəlbiyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Ağababa Kəlbiyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Ağababa Kəlbiyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Ağababa Kəlbiyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Ağababa Kəlbiyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Ağababa Kəlbiyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ağababa Kəlbiyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Lənkəran şəhər Mərkəzi Xəstəxanasının baş həkimi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Ağababa Kəlbiyev özünü doğruldub. Bizdə hörmətli Ağababa Kəlbiyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


*****************

Lənkəran şəhər Mərkəzi Xəstəxanası və digər səhiyyə obyektləri zamanla tədbirlər planına və rayon səhiyyə şöbəsinin iş planına uyğun olaraq rayon əhalisinə imkanları daxilində yüksək səviyyədə tibbi xidmət göstərmişlər. Belə ki, əhali arasında sanitariya maarifi işinin təşkili, sanitar–epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması, yolxucu xəstəliklərin profilaktikası, narkomaniya və alkoqolizmlə mübarizə işinin yaxşılaşdırılması və s. istiqamətində işlərini təşkil etmiş, məktəblərdə, müxtəlif idarə və təşkilatlarda, əhalinin sıx olduğu yerlərdə görüşlər keçirmiş, mühazirələr oxumuşlar.Əlillər və imtiyazlı şəxslərə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, səhiyyədə aparılan islahatlara dair, səhiyyə və təbabətin aktual məsələləri barədə təbliğati işlər gücləndirilmişdir. İmtiyazlı xəstələrə, onkoloji xəstələrə, nevroloji xəstələrə,ürək-qan dövranı sistemi xəstələrinə, tənəffüs sistemi xəstələrinə və s. imkan daxilində büdcədən ayrılmış vəsait hesabına tibbi yardım göstərilmişdir.Vərəmə şübhəli olan xəstələr rentgenoloji, mantu sınağı, bəlğəmin müayinəsi və s. müayinələr aparılmaqla dəqiqləşdirilmiş, aşkar olunmuş xəstələr dispanser qeydiyyatına götürülmüş, lazım olan tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, fevralın ayından etibarən ölkəmizin hər yerində olduğu kimi,Lənkəran şəhərində də əhalinin tibbi dispanserizasiyası uğurla həyata keçirilir. Lənkəran şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Ağababa Kəlbiyev bildirib ki, tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanası ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilib. Burada hər gün yüzlərlə sakin müayinə olunur.

*****************

Lənkəran rayon Mərkəzi Xəstəxanası (MRX) 1920-ci ildə yaradılmışdır. O dövrdə xəstəxana doğum şöbəsi ilə birlikdə 40-50 çarpayılıq iki mərtəbəli binada yerləşmişdir. Orada vərəm və digər yoluxucu xəstəliklərə aid palatalar da olmuşdur. 1920-1939-cu illərdə Lənkəran quberrniya xəstəxanası adlandırılmış müalicə müəssisəsi 1930-1940-cı illərdə rayonlararası xəstəxanaya çevrilmişdir. Çarpayıların sayı 100-ə çatdırılmış dəri-zöhrəvi, göz, qulaq-boğaz-burun və stomatoloji kabinetlər açılmışdır. 1946-cı ildə xəstəxanada çarpayıların sayı 150-yə, 1966-cı ildə isə 200-ə çatdırılmış və yeni tibbi xidmət növləri yaradılmışdır. 1984-cü ildə MRX-ı 620 çarpayılıq yeni tipli layihəyə əsasən tikilmiş binaya köçürülmüşdür. İslahatlar nəticəsində 2009-cu ildən Rayonda xəstəxəna çarpayıların ümumi sayı 580-a çatdırılmışdır

*****************

*Lənkəran MRX-sı aşağıdakı vəzifələri yerinə yetirir:

*«Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyyən edilmiş hallarda pulsuz tibbi xidmət göstərmək;
*Növbəli, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydası Nazirlik tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış yardım göstərmək ;
*Elmi təbabətin və texnikanın nəaliyyətləri, eləcədə təbabətin qabaqcıl təcrübəsi əsasında müasir profilaktika, diaqnostika və müalicə üsullarını təcrübədə tətbiq etmək;
*Qaydası Nazirlik tərəfindən müəyyən edilən ilkin tibbi sanitariya yardımını göstərmək ;
*İctimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşlara tibbi sosial yardım göstərmək, onlara qanunvericiliklə müəyyən edilmiş qaydada stasionar müalicə və dispanser müşahidəsi ilə təmin etmək ;
*Səhiyyədə tətbiq edilən profilaktik, diaqnostika və müalicə üsulları, tibbi texnologiyaları dərman və dezinfeksiya vasitələrini, immunobioloji preparatları istifadə təlimatlarına və farmakopeya məqalələrinə uyğun istifadə etmək ;
*Orqanizmin funksiyalarının davamlı pozulması nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsi məqsədilə tibbi sosial ekspert komissiyalarına göndəriş vermək ;
*İnsanın ölüm halını təsdiq etmək ;
* Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını həyata kerirtmək;
* İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək ;
*Tibb sahəsində mütəxəssislərin peşə biliyi və bacarıqlarının təkmilləşdirilməsini təşkil etmək, onları ixtisas səviyyələrinin artırılmasına cəlb etmək ;
*Vətəndaşların sağlamlıq vəziyyətinə «Elektron sağlamlıq kartı» vasitəsilə elektron nəzarət sistemi tətbiq etmək ;
*Tətbiqinə icazə verilməyən, lakin müəyyən edilmiş qaydada baxılmaqda olan diaqnostika və müalicə üsullarından, habelə dərman vasitələrindən Nazirliyin qərarı və pasiyentin yazılı razılığı ilə, eləcədə yetkinlik yaşına çatmayanların və fəaliyyət qabiliyyəti olmayan şəxslərin həyatı təhlükədə olduqda, onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə istifadə etmək ;
*Qanunvericilikdə nəzərdə tutulmuş hallarda transplantasiya məqsədi ilə insan orqan və toxumalarını götürmək ;
*Ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədi ilə patolojo-anatomik yarma aparmaq ;
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər