Bakıda komendanta bıçaqla hücum edən trans "Səbiş" barədə GÖZLƏNİLMƏZ QƏRAR

Bakıda komendanta bıçaqla hücum edən trans "Səbiş" barədə GÖZLƏNİLMƏZ QƏRAR














Nəsimi Rayon Məhkəməsində Bakının Nəsimi rayonunda yerləşən yaşayış binasının komendant köşkünə hücum edən cinsi azlığın nümayəndəsi, "Səbinə" adı ilə tanınan Q.S.-nin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Q.S. məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Nəsimi rayonunda binaların birində elektrik enerjisinin kəsilməsinə görə sakin Q.S. komendantın köşkünə bıçaqla hücum çəkib. Hadisənin videosu binada yaşayan sakinlərdən biri tərəfindən çəkilib, sosial şəbəkədə paylaşılıb.

Daha sonra mətbuata açıqlama verən Q.S. bildirib ki, komendanta hücum etməsinin səbəbi, sadəcə, elektrik enerjisinin dayandırılması olmayıb.

Onun sözlərinə görə, komendant onun həmin binada yaşamağını istəməyib.

Hadisədən sonra Q.S. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən bölməyə aparılıb, onun izahatı alınıb, zərərçəkmişlə barışıq əldə ediləndən sonra isə sərbəst buraxılıb.

Lakin bir müddət sonra saxlanılan Q.S. barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə) maddəsi ilə cinayət işi başlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər