Tanınmış aparıcının ailəsində qanlı dava — Qız üstündə + FOTO

Tanınmış aparıcının ailəsində qanlı dava — Qız üstündə + FOTO















Tanınmış aparıcı Lalə Əlimuxtarovanın ailəsində qanlı hadisə baş verib.
Axşam.az bildirir ki, aparıcının 18 yaşlı əmisi nəvəsi Heydərov Ayxan Anar oğlu 24 yaşlı Mirzəyev Baba İsmayıl oğlu tərəfindən bıçaqlanıb.

Boğazından bıçaqlanan Ayxan 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Reanimasiyada olan zərərçəkmişin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən Baba isə qaçmağa çalışsa da, Gürcüstan sərhədində polislər tərəfindən saxlanılıb. B.Mirzəyevin əvvəllər də həbs olduğu vurğulanır.

Qeyd edək ki, Yasamalda baş verən insident qız üstündə olub. Belə ki, A.Heydərov B.Mirzəyevin xalası qızını sevirmiş. Bunu bilən Baba Ayxandan xalası qızından uzaq durmasını istəyib. Sözləri düz gəlməyən gənclər mübahisə edib və Mirzəyev özü ilə gətirdiyi bıçaqla Heydərova xəsarət yetirib.


Tanınmış aparıcının ailəsində qanlı dava — Qız üstündə + FOTO
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər