Nikol Paşinyan: `İlham Əliyevin telefon nömrəsi məndə yoxdur, yoxsa zəng edərəm`

Nikol Paşinyan: `İlham Əliyevin telefon nömrəsi məndə yoxdur, yoxsa zəng edərəm`















Rusiyada səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan "Exo Moskva" radiostansiyasının baş redaktoru Aleksey Venediktova müsahibə verib.

Müsahibə zamanı erməni baş nazir Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla münasibətlərə dair sualları cavablandırıb.

Paşinyan qeyd edib ki, hazırda Cənubi Qafqaz regionunda vəziyyət olduqca gərgindir: "Müharibə ehtimalı olduqca yüksəkdir. Mən dedim ki, biz müharibəyə hazır olmalıyıq. Lakin mən başqa şey də dedim. Dedim ki, Rusiyanın müharibənin başlamaması üçün bütün rıçaqlar və imkanları var və mən inana bilmirəm ki, bizim strateji tərəfdaşımız, çoxəsrlik qardaşımız və bizim çoxəsrlik dostumuz müharibənin baş verməsinə icazə versin. Mən buna inana bilmirəm".

Ermənistan və Azərbaycan liderlərinin yaxın gələcəkdə baş tuta biləcək görüşü barədə danışan Paşinyan qeyd edib ki, artıq Rusiya prezidenti bu istiqamətdə ilk addımı atıb: "Futbol üzdə Dünya Çempionatının açılışı ilə bağlı Moskvada olduğum vaxt Vladimir Vladimiroviç bizi Azərbaycan prezidenti ilə tanış etdi. Biz onunla tanış olduq. Lakin çox təəssüflər olsun ki, bu, o qədər də effektiv olmadı. İlham Əliyev də NATO sammitində iştirak edirdi, lakin orada biz salamlaşmadıq, çünki buna imkan olmadı".

"Paşinyan niyə prezident İlham Əliyevə zəng etmir?" sualına cavab olaraq o bildirib ki, bu yaxşı ideyadır, lakin onda Azərbaycan prezidentinin telefon nömrəsi yoxdur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər