Ronaldo "Barselona"nın futbolçusunu "Yuventus"a gətirir

Ronaldo "Barselona"nın futbolçusunu "Yuventus"a gətirir














"Barselona"nın yarımmüdafiəçisi Andre Qomeş karyerasını "Yuventus"da davam etdirə bilər.

Qol.az-ın "Don Balon"a istinadən yaydığı xəbərə görə, Turin klubunun yeni transferi Kriştiano Ronaldo Portuqaliya millisindəki komanda yoldaşı Andre Qomeşin "Yuventus"a transfer olunmasını klub rəhbərliyindən xahiş edb. O, 24 yaşlı oyunçunun "Barsa"da uğursuz çıxışına baxmayaraq, qabiliyyətli olduğunu bildirib.

Bu təklifi bəyənən "Yuventus" rəhbərliyinin K.Ronaldonun xahişini yerinə yetirməyə hazırlaşdığı və yaxın günlərdə A.Qomeşlə bağlı danışıqlara başlayacağı iddia olunub.

Qeyd edək ki, A.Qomeş ötən mövsüm La Liqada 16 matçda iştirak edib. 24 yaşlı yarımmüdafiəçi cəmi 6 görüşdə start heyətdə meydana çıxıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər