Erməni bloqer Azərbaycandan reportaj hazırladı və … – VİDEO

Erməni bloqer Azərbaycandan reportaj hazırladı və … – VİDEO














Erməni bloqer Vlad Mosesov özünün “Youtube” kanalında “Magashow” verilişi üçün Azərbaycandan reportaj hazırlayıb.

Erməni milliyətindən olan bloqer Azərbaycana vətəndaşı olduğu Belarus pasportu ilə gəlib.

Onun milliyəti pasportda erməni yazılıb. Hansıki erməni milliyətindən olan şəxslər ölkəmizə rahat şəkildə daxil ola bilməzlər. Eləcə də, bir azərbaycanlı Ermənistan ərazisinə girərsə, onu ən yaxşı halda Dilqəm və Şahbazın taleyi gözləyir.

Vlad Mosesov Bakı ilə yanaşı bir neçə rayonu, eləcə də vaxtilə valideynlərinin yaşadığı Gəncəni gəzib. Sadə insanlarla sıx ünsiyyətdə olub və bunların hər biri onun reportajında yer alıb. Hətta məlum hadisələrdən sonra erməni ailələrin tərk etdiyi evlərin aqibətilə bağlı Gəncədə sorğu da keçirib.

Bloqer Azərbaycandan hazırladığı reportajdan sonra Ermənistana, oradan da Qarabağa səfər edib. Ermənistan mediasının diqqətini çəkən bloqer qısa müddətdə ölkədə ulduza çevrilib.

Siyasi qurumlar onun bu səfərlərinə siyasi don geyindiriblər. Bundan narahat olan bloqer video-müraciət ünvanlayıb. O, münaqişəyə cəlb edilməsini pisləyib: “Mən bütün münaqişələrin bitməsinin tərəfdarıyam və istəyirəm ki, insanlar açıq səma altında sülh şəraitində yaşasınlar. Çünki nifrət bizi içəridən çürüdür. hamınızı qucaqlayıram”.

BAKU.WSБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər