“Qarabağ” növbəti mərhələdə — YENİLƏNİB

“Qarabağ” növbəti mərhələdə — YENİLƏNİB














Qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissəsində hesab açılmayıb.
İkinci hissəyə daha istəkli başlayan "Qarabağ" hücumlarını artırıb. 59 və 64-cü dəqiqələrdə rəqib qarşısında qol epiozdu yaransa da, hesab yenə də açılmayıb.

Komandalar arasında Sloveniyada keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb. İki oyunun nəticəsinə görə, Azərbaycan çempionu turnirin ikinci təsnifat mərhələsinə adlayıb. Bu mərhələdə komandamızın rəqibi Albaniyanın “Kukesi” klubu olacaq.

***

Futbol üzrə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində mübarizə aparan “Qarabağ” komandası cavab oyununa çıxıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu “Qarabağ” Sloveniyanın “Olimpiya” komandasını qəbul edir.

***
İyulun 18-də saat 21:00-da Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında ikinci oyununa çıxacaq.

Turnirin birinci seçmə mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda Sloveniyanın “Olimpiya” komandasını qəbul edəcək.

“Qarabağ”ın start heyətində Vaqner, Bədavi Hüseynov, Yakub Jezniçak, Maksim Medvedev, Donald Gerye, Coşğun Diniyev, Simeon Slavçev, Miçel, Abdella Zubir, Dani Kintana və Mahir Mədətov yer alıblar.

“Olimpiya”nın ilk onbirliyində isə meydana Alyaj İvaçiç, Maki Banyak, Marko Qaiç, Aris Zarifoviç, Dino Ştiqlets, Marko Putinçanin, Rok Kronaveter, Ştefan Saviç, Kinqsli Boatenq, Tomislav Tomiç və Daniel Avramovski çıxacaqlar.

Komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb. “Qarabağ” bu mərhələni adlayacağı təqdirdə növbəti turda Albaniya çempionu “Kukesi” ilə qarşılaşacaq. “Kukesi” iki oyunun nəticəsinə görə, Maltanın “Valetta” komandasından üstün olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər