“Yüksək mənəvi dəyərləri öz şəxsiyyətində cəmləyən, xeyirxah təbiətli Çingiz Əkbərov əsl vəzifə adamıdır”

“Yüksək mənəvi dəyərləri öz şəxsiyyətində cəmləyən, xeyirxah təbiətli Çingiz Əkbərov əsl vəzifə adamıdır”













Yollar öz ömrünü, həyatını insanların yol getməsindən, yola çıxmasından, yolda olmasından alırlar... Köhnə bir yolun ayda-ildə bir dəfə tapdalanmasından, ya da bir yol üstündən keçilmiş çəmənlikdən necə yol ola bilər?!

Yol sözünün də təbiətlə qoşa yarandığı heç bir ucbat, sübut istəmir. Yol sözü, yol özü təbiətin bir parçasının ömrü deyilmi?!
Haqq yolu -Tanrı yolu, ömür yolu-həyat yolu bizi yollara çıxmağa, yaşamağa, yaratmağa səsləyən bir həyati məfhumdur.Yollar ömürdür, yollar taledir, yollar varlığın yaşayışını təmin edən ilkin amil olub, torpağın belinə dolanan, təbiəti “bağrına” basan min-min qollar deyilmi?!..

Lənkəran şəhər 48 saylı yol istirmar idarəsinin müdiri Çingiz Əkbərovun gözləri yollarımızın üstündədir. Yollarımızın “ürəyi”nin rahatlıqla, normal ahənglə vurması Çingiz Əkbərovun gözlərini güldürüb, qəlbinə bir könül xoşluğu gətirib. Yollarımızın “ömür yolu” gözəlləşdikcə, Çingiz Əkbərovun də yolu yaşıl işıqlı olub.

***********

Lənkəran şəhər 48 saylı yol istirmar idarəsinin müdiri Çingiz Əkbərov - Hazırda Azərbaycan özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. Ölkə həyatının bütün sahələrində yüksək tərəqqi, sürətli inkişaf nəzərə çarpır. Bu da təsadüfi deyil. Ölkə başçısı cənab İlham Əliyevin son illər həyata keçirdiyi uğurlu islahatlar ölkəmizin iqtisadi yüksəlişində, beynəlxalq müstəvidə siyasi dayaqlarımızın daha da möhkəmlənməsində, ölkədaxili sabitliyin qorunmasında, eləcə də regionların inkişafında müstəsna rol oynamışdır.

Hazırda Prezident İlham Əliyev yol təsərrüfatına xüsusi diqqət ayırır, avtomobil yollarının tikintisi və bərpası ilə bağlı sərəncamlar imzalayır. Ölkə Prezidentinin 28 dekabr 2015-ci il tarixli sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Həmin sənədə əsasən, ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində görülən işlərin səmərəliliyinin artırılması, habelə nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi məqsədilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarıldı. Dövlət başçısının 9 mart 2016-cı il tarixli fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırıldı.

Bir sözlə, bütün bunlar onu göstərir ki, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında bu sahənin inkişafı önəmli yer tutur. “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq”, – deyən ölkə başçısı İlham Əliyev ötən illərdə avtomobil yollarının, yol qurğularının açılışı ilə bağlı çoxsaylı mərasimlərdə iştirakı zamanı bu sahəhin inkişafı üçün öz dəyərli tapşırıq və tövsiyələrini verib. Dövlət başçısının 20 fevral 2008-ci il tarixli sərəncamı ilə fevralın 22-nin Azərbaycan Respublikası avtomobil yolları işçilərinin peşə bayramı günü kimi təsis edilməsi taleyini bu vacib və gərəkli sahəyə bağlamış insanların zəhmətinə verilən dəyərin bariz ifadəsidir. Yol təsərrüfatı işçiləri də ölkə rəhbərinin sonsuz diqqət və qayğısına cavab olaraq ölkəmizin avtomobil yolları şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm və məqsədyönlü tədbirlərin həyata keçirilməsində bundan sonra da fəal iştirak edəcəklər

Və Sonda Prezidentin fərmanı ilə “Azəravtoyol” ASC-nin adı dəyişdirilərək “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” oldu..
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər