Gəncədə baş verən hadisələrin — TƏFƏRRÜATLARI

Gəncədə baş verən hadisələrin — TƏFƏRRÜATLARI
















Məlum olduğu kimi, bu gün axşam radikal elementlərdən ibarət bir neçə qrup Gəncə şəhərinin mərkəzində bir müddət əvvəl şəhərin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmiş Yunis Səfərova dəstək məqsədilə qanunsuz aksiya keçirməyə cəhd göstəriblər.
Oxu.az bildirir ki, Gəncədəki müxbirlərdən baş vermiş hadisənin bəzi təfərrüatlarını əldə edilib. Belə ki, iki polis əməkdaşı toplaşanlarla qanunsuz və təxribat xarakterli aksiyanı dayandırmaq barədə danışıqlar aparan zaman onlar aqressiv əhval-ruhiyyədə olan bir qrup şəxs tərəfindən heç nə ilə təhrik olunmamış hücuma məruz qalıblar.

Hadisə nəticəsində Gəncədə hörmət bəslənilən iki polis əməkdaşı – Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini polkovnik İlqar Balakişiyev və Gəncə şəhərinin Nizami rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Səməd Abbasov amansızlıqla soyuq silahla qətlə yetiriliblər.

Baş vermiş hadisənin qandonduran görüntüləri artıq internet şəbəkəsində yayımlanıb.
Kadrlardan polislərə hücum edən şəxslərin dini şüarlar səsləndirdiyi görünür. Diqqətəlayiq faktlardan biri də odur ki, qətlə yetirilən polislərdən Səməd Abbasov “İmamzadə” məscidinin axundu Hacı Tahirin qardaşıdır.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Gəncədə vəziyyət hökumət və hüquq-mühafizə orqanlarının tam nəzarəti altındadır, cinayətkarlar saxlanılıb.

Bununla yanaşı, internet şəbəkəsində guya yeni insidentlərin baş verməsi və polislə qarşıdurma halları barədə həqiqətə uyğun olmayan, yalan məlumatlar yayımlanır. Bundan başqa, guya şəhərə Daxili Qoşunların böyük qüvvələrinin yeridilməsi barədə informasiya da yalandır.

Hazırda şəhərdə vəziyyət sakitdir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər