“Kedicik”lərin əfəndisi Adnan Oktar həbs edildi

“Kedicik”lərin əfəndisi Adnan Oktar həbs edildi
















Türkiyədə hazırladığı verilişlərlə tez-tez tənqid edilən Adnan Oktar və 200 müridi saxlanılıb.
Adnan Oktar azyaşlı uşaqlara təcavüz, mütəşəkkil cinayətkar dəstə qurmaq, beynəlxalq casusluq, çirkli pulların yuyulması, təhdid və şantaj maddələri ilə ittiham edilir.
Türk mətbuatının xəbərinə görə, Çengelköy səmtindəki evində saxlanılan Adnan və mühafizəçiləri polisə müqavimət göstərib. Əməliyyat nəticəsində çoxlu silah, zirehli jilet, zirehli avtomobil ələ keçirilib. Bundan başqa Adnanın verilişlərini canlı yayımlayan “A9TV”yə də səhər saatlarında əməliyyat təşkil edilib.
Polisə Adnan və müridləri barədə çoxsaylı şikayət daxil olub. Şikayət edənlər arasında azyaşlı qız uşaqlarının ailələri, aldadılanlar, qruplaşmadan ayrıldığı üçün iftira və şantaja məruz qalanlar var.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər